Hərbi xidmətə çağırılan çağırışçılar xüsusi hərbi əməliyyat zonasına göndərilməyəcəklər.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu 2022-ci il noyabrın 1-də keçirilən konfransda deyib.
Şoyqu qeyd edib ki, təcili çağırış üzrə xidməti başa vuran bütün hərbi qulluqçular evlərinə göndəriləcək. Rusiyanın müdafiə naziri qismən səfərbərliyin başa çatması barədə Rusiya prezidentinə məlumat verib. Qismən səfərbərlik üzrə 300 min nəfər ehtiyata çağırılıb. Onlardan 87 mini xüsusi əməliyyat zonasında, 213 mini isə bölmələrdə poliqonlarda hələ də əlavə təlim və koordinasiyadan keçir. Əsas səylər sahə hazırlığına, rabitə vasitələrinin istifadəsi, naviqasiya və kəşfiyyata yönəlib.
Yeganə




