Rusiyanın müdafiə naziri Sergey Şoyqu çinli həmkarı Donq Jun ilə danışıqlar aparıb.
Elchi.az bu barədə TASS.ru-ya istinadən xəbər verir.
Şoyqu Donqu təyinatı münasibətilə təbrik edib və o, həmçinin Moskva ilə Pekinin hərbi əməkdaşlığı genişləndirəcəyinə əminliyini bildirib.
“Hərbi sahədə Rusiya-Çin əlaqələri bütün istiqamətlərdə durmadan inkişaf edir. Biz quruda, dənizdə və havada mütəmadi olaraq birgə əməliyyat və döyüş hazırlığı tədbirləri həyata keçiririk”.
Şoyqu həmçinin bildirib ki, Rusiya ilə Çin arasında əməkdaşlıq başqa ölkələrə qarşı yönəlməyib.
Yeganə






