Rusiyanın Müdafiə naziri Sergey Şoyqu “Almaz-Antey” konserninə səfəri zamanı bildirib ki, xüsusi əməliyyatlarda ən mühüm rolu əks batareya döyüşü oynayır.
Elchi.az TASS.ru agentliyinə istinadən bildirir ki, Şoyqu Rusiya ordusunun artilleriya kəşfiyyat sistemlərinə ehtiyacı olduğunu vurğulayıb.
“Almaz-Antey” şirkətinin rəhbəri Yan Novikov da öz növbəsində konsernin batareyaya qarşı döyüş üçün radarların istehsalını artırdığını bildirib.
Xatırladaq ki, son məlumatlara görə, xüsusi əməliyyat zamanı Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin 6128 artilleriya qurğusunu məhv edib.
Yeganə





