Psixoloq nə vaxt söyməyin sağlamlıq üçün faydalı olduğunu deyib.
Elchi.az xəbər verir ki, Klinik psixoloq Yeqor Semenov həkim kolleqası Peterə danışarkən bildirib ki, söyüşlərdən istifadə etmək vərdişi beyindəki həzz mərkəzlərini aktivləşdirir və stressi aradan qaldırmağa kömək edə bilər.
Söyüş heç də həmişə aşağı intellektin və ya özünü idarə edə bilməməyin əlaməti deyil. Bəzən söyüşlər psixoterapevtik təsir göstərə bilər, xüsusən də insan stress altında olarsa:
“Bütün düşüncələrimiz neyronların işidir, kimyəvi reaksiyalardır. Stressli bir vəziyyətdə bədənimiz bununla mübarizə aparmaq üçün kimyəvi prosesləri dəyişdirir. Bu, həm də həzzlə əlaqəli proseslər ola bilər. Ona görə də belə kontekstdə söyüş işlətmək müsbət təsir göstərə bilər”?
Güclü emosional təcrübələr zamanı insan təhlil etmək və adekvat əks etdirmək qabiliyyətini itirir, şüur daralır. Sadə və tanış söyüşlər ön plana çıxır. Mütəxəssis qeyd edib ki, bəzi hallarda nəzarətsiz söyüşlər ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.
Şəlalə





