ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ölkənin hazırkı prezidenti Co Baydenin ikinci müddətə namizəd olmaq niyyəti ilə bağlı bəyanatını şərh edərkən bildirib ki, o, öz siyasi gələcəyinə deyil, Birləşmiş Ştatların gələcəyinə diqqət yetirməlidir.
Elchi.az xəbər verir ki,Spiker Makkarti sosial mediada yazıb:”Mən bilirəm ki, prezident Bayden bu gün öz siyasi gələcəyinə diqqət yetirə bilər, lakin o, Amerikanın gələcəyinə diqqət yetirməlidir”
O, həmçinin ABŞ prezidentini milli borc limitinin ağlabatan artırılması ilə bağlı razılığa gəlmək üçün nəhayət danışıqlar masasına oturmağa çağırıb. Bu, konqresmenin fikrincə, ABŞ tarixində ilk defoltdan qaçmağa imkan verəcək.
Nuranə Məmmədova






