1986-cı ildə SSRİ və Amerika arasında ilk telekörpü təşkil olunur. Veriliş zamanı amerikalı xanım
“Bizdə bütün reklamlar seks ətrafında cərəyan edir. Sizin belə reklamlarınız varmı?” sualı ilə Sovet vətəndaşlarına müraciət edir.
O vaxtlar Leninqrad mehmanxanasının administratoru vəzifəsində çalışan Lyudmila İvanova adlı tamaşaçı bu suala olduqca maraqlı cavab verir: “Bizdə, bizdə seks yoxdur və biz qəti şəkildə onun əleyhinəyik”.
Tezliklə bu ifadə – “SSRİ-də seks yoxdur” əsl aforizmə çevrilir.
Deyirlər Sovet İttifaqında seks olmayıb. Amma eyni sözləri Sovet kinematoqrafına şamil etmək olmaz:






















