"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

SSRİ-nin kabusuna çevrilən casus

25 Sentyabr 2014 - 03:35
in MARAQLI

Belə bir deyim var: tarixi qaliblər yazır. Odur ki, sovet arxivlərində yalnız rus kəşfiyyatçılarının haqqında 80632925422c40bbe7b81411564555_unnamed (2)geninə-boluna materiallar tapmaq olar. Onlar haqqında bədii filmlər çəkilib, mahnılar bəstələnib.

Bunu da oxuyun

Yer səthinin altında nəhəng okean aşkar edilib

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

 

Yaşı bir az çox olanlar məşhur “Baharın 17-ci anı” filminə, yəqin ki, tamaşa ediblər.  Film televiziyada nümayiş etdiriləndə ekran başına milyonlarla tamaşaçı yığılırdı.

 

Reallıqda SSRİ Almaniya və digər işğal olunmuş ərazilərdə “Qırmızı Kapella” adlı kəşfiyyat və casus şəbəkəsi yarada bilmişdi.

 

Almanların şəbəkəsi haqda isə sovet tarixçiləri susurdu.

 

“Şərq şöbəsi”

 

Sovet İttifaqındakı aman casuslarına isə əfsanəvi Reynhard Gelen rəhbərlik edirdi. Məhz ona tabe olan “Şərq şöbəsi” çoxsaylı agentura şəbəkəsinə malik idi.

 

Şöbəyə rəhbərlik edənlərdən biri də general Ernst Kestrinq idi. O, elə Rusiyada, Tula şəhəri yaxınlığında doğulmuşdu. Milliyyətcə alman olsa da, rus adətlərini, dilini, psixologiyasını əla bilirdi. Əməliyyatları ən xırda detalına kimi hazırlayırdı.

 

Kestrinqin bir sovet məmurunu necə superagentə çevirməsi də maraqlıdır. Hadisə  1941-ci il  oktyabrın 13-də baş verdi. Həmin vaxt sovet ordusunun kapitanı, 38 yaşlı Minişski almanlara əsir düşdü.

 

Məlum oldu ki, kapitan müharibəyədək Moskva vilayəti üzrə partiyanın birinci katibi, müharibə vaxtı isə Şərq cəbhəsi üzrə hərbi komissarın birinci müavini olub. Minişski öz sürücüsü ilə birgə əsir alınmışdı. Maşınla cəbhədəki vəziyyəti öyrənməyə çıxmış, azaraq əsir düşmüşdülər.

 

Alman kəşfiyyatı üçün bu şəxs böyük maraq doğururdu. Əsir alınan Minişski almanlarla əməkdaşlığa tez razılaşdı. Bir şərtlə ki, vaxt gələndə ona və ailəsinə alman vətəndaşlığı veriləcək.

 

Hazırlıq

Minişski 8 ay xüsusi düşərgədə təlim keçdi. Ona radioqəbuledicidən istifadə etməyi, əlbəyaxa döyüşü və başqa şeyləri öyrətdilər. Almanlar “Flaminqo”  kod adlı əməliyyatı məhz onun üzərində hazırladılar.

 

Minişski cəbhə xəttini keçib yenidən sovet qərargahına qayıtdı. Hər bir detal elə hazırlanmışdı ki, inandırıcı olsun. Guya Minişski əsir düşərgəsindən qaçmışdı. Plan baş tutdu. Minişskiyə inandılar. Onu Moskvada qəhrəman kimi qarşıladılar.

 

Təsəvvür edirsiniz, “NKVD” adi əsirləri güllələyirdi. Minişskiyə isə inandılar. Bu, planı hazırlayan almanların peşəkarlığının sübutu idi.

 

Az keçmiş Minişski Moskva Vilayət Sovetliyində yenidən məsul vəzifə tutdu.

 

1942 il iyulun 14-də Minişkidən ilk sensasiyalı informasiya gəldi:
“İyulun 13-də Moskvada Şapoşnikov, Voroşilov, Molotov, Baş Qərargah generalları, həmçinin Britaniya , Çin və ABŞ diplomatları və hərbi attaşelərinin iştirakı ilə iclas keçirilib. Şapoşnikov deyib ki, Volqa çayınadək geri çəkiləcəklər. Əsas məqsəd almanların burada irəliləməsinin qarşısını almaq, onları sərt qış şəraitində zəiflətməkdir.

 

Geri çəkilmə ərəfəsində hərbi zavodlar Urala və Sibirə köçürüləcək. Yerli infrastruktur isə almanların  hücumundan qabaq məhv ediləcək.

 

İclasda Britaniya səfiri SSRİ-dən Misirdə onların ordusuna dəstək verməsini xahiş edib. Şapoşnikov deyib ki, bu, mümkün deyil. Sovet ordusunda canlı qüvvə, tank və təyyarə sarıdan onsuz da çatışmazlıqlar var”.

 

Məlumatda Qafqaz cəbhəsinə aid qiymətli informasiyalar da vardı.

 

Minişskinin informasiyası düz çıxdı. Qeyd edək ki, almanlar ona “438 Kulrij” adı vermişdilər. Sonradan almanlar Minişskini cəbhə xəttindən keçirərək öz düşərgələrinə qaytardılar. Burada Minişski  kəşfiyyat şöbəsinin informasiya və analitika şöbəsində vəzifə tutdu.

 

Yeni xidmət yeri

 

Müharibə sona çatan dövrlərdə Reynhard Gelen gələcəyi haqda düşündü. Onun əlində olan informasiya üçün istənilən dövlətin kəşfiyyatı nə desən edərdi. Gelen amerikalıları seçdi.

 

Amerikalılar əfsanəvi kəşfiyyatçını əldən buraxa bilməzdilər. Onun yeni xidmət yeri  Qərbi Almaniya oldu. Soyuq müharibə dövründə isə Gelen Almaniya Federativ Respublikasının kəşfiyyatına rəhbərlik etdi.

 

Təqaüdə çıxandan sonra “Xidmət: 1941-1971” adlı kitabını – memuarlarını yazdı.

 

Amerika jurnalistləri isə onu “əsrin casusu” adlandırırdılar.

 

İlqar Atabəyli

 

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Avropa Birliyi İran qazına keçməyi planlaşdırır

Next Post

Müharibənin dəhşətli görüntüləri – Video/18+

Bənzər yazılar

Yer səthinin altında nəhəng okean aşkar edilib

Yer səthinin altında nəhəng okean aşkar edilib

16 Aprel 2024 - 13:00

Alimlər Yer qabığında nəhəng okean aşkar ediblər. Oken planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir. Elchi.az bu barədə Theplanetstoday.com-a...

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

13 Aprel 2024 - 13:57

Dünyada rekordlar qıran Ginnesin Rekordlar Kitabı dünən 'dünyanın ən yaşlı birləşmiş əkizləri' rekorduna sahib olan Lori və Corc Şappelin 62...

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

27 Mart 2024 - 20:24

Hər il minlərlə turistin ziyarət etdiyi bu adada nə polis, nə qəbiristanlıq, nə işıq, nə içməli su, nə də kanalizasiya...

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

05 Mart 2024 - 11:21

Finlandiyalı mütəxəssislər hansı it cinslərinin aqressiv olduğunu öyrənmək üçün araşdırma aparıblar. Elchi.az Theplanetstoday.com-a istinadənm xəbər verir ki, onlar həmçinin növlərə...

Next Post

Müharibənin dəhşətli görüntüləri - Video/18+

BMT-dən yeni qərar: İŞİD-ə qarşı olmayanlara sanksiya...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.