"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Stalinin gizli bunkeri- Fotolar

07 Noyabr 2014 - 09:02
in MARAQLI

Böyük Vətən Müharibəsi illərində bir çox hökumət nümayəndələri, o cümlədən iyirmidən artıq 82944diplomatik nümayəndəliklər öz fəaliyyətlərini ehtiyat paytaxt şəhəri kimi nəzərdə tutulmuş Kuybışevdə (indiki Samara) davam etdiriblər. Müharibənin gedişindən asılı olaraq zərurət olduğu halda Dövlət Müdafiə Komitəsinin sədri İosif Stalinin də ölkəni və müharibəni Kuybışevdən idarə edəcəyini nəzərə alaraq, şəhərdə onun üçün də kiçik bir şəhərciyi xatırladan sığınacaq tikiblər.

Bunu da oxuyun

Yer səthinin altında nəhəng okean aşkar edilib

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

“Qafqazinfo” xəbər verir ki, modern.az saytı növbəti dəfə tarixi vərəqləyir. Stalinin Kuybışevdəki bunkeri doqquz ay müddətinə tikilib. Bu məqsədlə Moskvadan Kuybışevə 600 nəfər mütəxəssis ezam olunub, onların tabeliyində isə minlərlə fəhlə çılışıb. Tikinti sutkanın 24 saat ərzində iki növbədə aparılıb. Bunkerin tikintisi zamanı yerin altından 25 min kubmetr torpaq çıxarılıb, 5 min kubmetrdən artıq isə beton tökülüb.

Bu sığınacaq həmin dövr üçün dünyada ən təhlükəsiz bunker sayılıb. Bunkerin dərinliyi 37 metrə çatıb. Sığınacağın son aşağı həddindən hesablandıqda ümumi hündürlüyü 12 mərtəbəli binaya bərabər olub. Bunker iki tonluq aviasiya bombasına davamlı tikilib.

Müqayisəli şəkildə nəzər yetirsək, həmin dövrdə tikilmiş Çörçilin yeraltı bunkeri iki mərtəbə hündürlüyündə, Amerika Birləşmiş Ştatlarının prezidenti Ruzveltin sığınacağı da eyni dərinlikdə, daha təhlükəsizlik sığınacaq sayılan Hitlerin bunkerinin dərinliyi isə 16 metrə çatıb.

Bunkerdə İosif Stalinin iş otağı 37 metr dərinlikdə, yeraltı 12-ci mərtəbədə yerləşib.

Sığınacaqda bütün lazımi avadanlıqlar, təbii havanın təmin olunması, enerji, istilik, su təminatını həyata keçirəcək qurğular quraşdırılıb və xüsusi mühafizə sistemi yaradılıb.

Bunkerin sonuncu mərtəbəsində Kremldə olduğu kimi 15 nəfərlik, yaşıl örtüklü stol qoyulmuş müşavirə zalı hazırlanıb. Bundan başqa, sığınacaqda Stalinin istifadəsi üçün istirahət, yataq, yemək otaqları, kiçik ziyafətlər üçün zal, hamam və tualet də tikilib.

Rəsmi məlumatlara görə, İosif Stalin bir gün də olsun Kuybışevdəki sığınacağında sığınmayıb.

Moskva ətrafında döyüşlərin getdiyi ərəfədə Dövlət Müdafiə Komitəsi Stalinin Kuybıçevə getməsi ilə bağlı qərar çıxarıb. Onun üçün xüsisi qatar hazırlanıb. Kalançevkada dayanan qatarla Kuybışevə digər dövlət və hökumət nümayəndələrinin getməyi də nəzərdə tutulub. Stalin qatar stansiyasına gəlib, bir az gəzişdikdən sonra onun üçün hazırlanmış xüsusi vaqona yaxınlaşıb. Bir neçə dəqiqə vaqonun qarşısında dayandıqdan sonra qəfil geri çevrilib, çevik addımlarla maşınına doğru addımlayıb, avtomobilə əyləşərək sürcüsünə Kremlə sürməyi əmr edib.

Beləliklə, o Kuybışevə getməkdən imtina edərək cəbhəyanı paytaxtda qalmağa üstünlük verib. Bununla da ən sıravi sovet əsgərindən tutmuş yüksək çinli məmurlara qədər hamıya çatdırıb ki, mən öz yerimdəyəm, Moskvanı tərk etməmişəm.

Digər araşdırmaçıların fikrinə görə, Stalin gizli şəkildə bir necə dəfə Kuybışevə səfər edib. Bu səfərlərin məqsədi Kuybışevdəki bunkerdə sığınmaq yox, müvəqqəti olaraq həmin şəhərdə yaşayan sevimli qızı Svetlanaya baş çəkmək olub.

Hazırda bu əzəmətli yeraltı saray muzey kimi saxlanılır. Elə adı da “Stalinin bunkeri” adlanır. Sığınacaqda heç nə dəyişdirilməyib. Müharibə dövründə necə olubsa elə də saxlanılır. Dəyişən isə yeni müharibələr və bu müharibələrə rəvac verən yeni siyasi liderlərdir.

Böyük Vətən Müharibəsi illərində bir çox hökumət nümayəndələri, o cümlədən iyirmidən artıq diplomatik nümayəndəliklər öz fəaliyyətlərini ehtiyat paytaxt şəhəri kimi nəzərdə tutulmuş Kuybışevdə (indiki Samara) davam etdiriblər. Müharibənin gedişindən asılı olaraq zərurət olduğu halda Dövlət Müdafiə Komitəsinin sədri İosif Stalinin də ölkəni və müharibəni Kuybışevdən idarə edəcəyini nəzərə alaraq, şəhərdə onun üçün də kiçik bir şəhərciyi xatırladan sığınacaq tikiblər.

“Qafqazinfo” xəbər verir ki, modern.az saytı növbəti dəfə tarixi vərəqləyir. Stalinin Kuybışevdəki bunkeri doqquz ay müddətinə tikilib. Bu məqsədlə Moskvadan Kuybışevə 600 nəfər mütəxəssis ezam olunub, onların tabeliyində isə minlərlə fəhlə çılışıb. Tikinti sutkanın 24 saat ərzində iki növbədə aparılıb. Bunkerin tikintisi zamanı yerin altından 25 min kubmetr torpaq çıxarılıb, 5 min kubmetrdən artıq isə beton tökülüb.

Bu sığınacaq həmin dövr üçün dünyada ən təhlükəsiz bunker sayılıb. Bunkerin dərinliyi 37 metrə çatıb. Sığınacağın son aşağı həddindən hesablandıqda ümumi hündürlüyü 12 mərtəbəli binaya bərabər olub. Bunker iki tonluq aviasiya bombasına davamlı tikilib.

Müqayisəli şəkildə nəzər yetirsək, həmin dövrdə tikilmiş Çörçilin yeraltı bunkeri iki mərtəbə hündürlüyündə, Amerika Birləşmiş Ştatlarının prezidenti Ruzveltin sığınacağı da eyni dərinlikdə, daha təhlükəsizlik sığınacaq sayılan Hitlerin bunkerinin dərinliyi isə 16 metrə çatıb.

Bunkerdə İosif Stalinin iş otağı 37 metr dərinlikdə, yeraltı 12-ci mərtəbədə yerləşib.

Sığınacaqda bütün lazımi avadanlıqlar, təbii havanın təmin olunması, enerji, istilik, su təminatını həyata keçirəcək qurğular quraşdırılıb və xüsusi mühafizə sistemi yaradılıb.

Bunkerin sonuncu mərtəbəsində Kremldə olduğu kimi 15 nəfərlik, yaşıl örtüklü stol qoyulmuş müşavirə zalı hazırlanıb. Bundan başqa, sığınacaqda Stalinin istifadəsi üçün istirahət, yataq, yemək otaqları, kiçik ziyafətlər üçün zal, hamam və tualet də tikilib.

Rəsmi məlumatlara görə, İosif Stalin bir gün də olsun Kuybışevdəki sığınacağında sığınmayıb.

Moskva ətrafında döyüşlərin getdiyi ərəfədə Dövlət Müdafiə Komitəsi Stalinin Kuybıçevə getməsi ilə bağlı qərar çıxarıb. Onun üçün xüsisi qatar hazırlanıb. Kalançevkada dayanan qatarla Kuybışevə digər dövlət və hökumət nümayəndələrinin getməyi də nəzərdə tutulub. Stalin qatar stansiyasına gəlib, bir az gəzişdikdən sonra onun üçün hazırlanmış xüsusi vaqona yaxınlaşıb. Bir neçə dəqiqə vaqonun qarşısında dayandıqdan sonra qəfil geri çevrilib, çevik addımlarla maşınına doğru addımlayıb, avtomobilə əyləşərək sürcüsünə Kremlə sürməyi əmr edib.

Beləliklə, o Kuybışevə getməkdən imtina edərək cəbhəyanı paytaxtda qalmağa üstünlük verib. Bununla da ən sıravi sovet əsgərindən tutmuş yüksək çinli məmurlara qədər hamıya çatdırıb ki, mən öz yerimdəyəm, Moskvanı tərk etməmişəm.

Digər araşdırmaçıların fikrinə görə, Stalin gizli şəkildə bir necə dəfə Kuybışevə səfər edib. Bu səfərlərin məqsədi Kuybışevdəki bunkerdə sığınmaq yox, müvəqqəti olaraq həmin şəhərdə yaşayan sevimli qızı Svetlanaya baş çəkmək olub.

Hazırda bu əzəmətli yeraltı saray muzey kimi saxlanılır. Elə adı da “Stalinin bunkeri” adlanır. Sığınacaqda heç nə dəyişdirilməyib. Müharibə dövründə necə olubsa elə də saxlanılır. Dəyişən isə yeni müharibələr və bu müharibələrə rəvac verən yeni siyasi liderlərdir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Britaniyan nüfuzlu “Daily Mail” qəzeti və Bakıda tikiləcək möhtəşən otel

Next Post

Müəllimlərin maaşı artırıla bilər

Bənzər yazılar

Yer səthinin altında nəhəng okean aşkar edilib

Yer səthinin altında nəhəng okean aşkar edilib

16 Aprel 2024 - 13:00

Alimlər Yer qabığında nəhəng okean aşkar ediblər. Oken planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir. Elchi.az bu barədə Theplanetstoday.com-a...

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

13 Aprel 2024 - 13:57

Dünyada rekordlar qıran Ginnesin Rekordlar Kitabı dünən 'dünyanın ən yaşlı birləşmiş əkizləri' rekorduna sahib olan Lori və Corc Şappelin 62...

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

27 Mart 2024 - 20:24

Hər il minlərlə turistin ziyarət etdiyi bu adada nə polis, nə qəbiristanlıq, nə işıq, nə içməli su, nə də kanalizasiya...

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

05 Mart 2024 - 11:21

Finlandiyalı mütəxəssislər hansı it cinslərinin aqressiv olduğunu öyrənmək üçün araşdırma aparıblar. Elchi.az Theplanetstoday.com-a istinadənm xəbər verir ki, onlar həmçinin növlərə...

Next Post

Müəllimlərin maaşı artırıla bilər

Unutmağa haqqımız yox !

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.