İosif Stalinin nəvəsi Yevgeni Cuqaşvili Strasburq məhkəməsində Rusiyaya qarşı iddiasını uduzub. Bunu Analitik.az RİA Novosti -yə
istinadən xəbər verir. Məlumata görə Rusiyaya qarşı Cuqaşvilinin şikayətini məhkəmə qəbuledilməz hesab edib. Qərara alınıb ki, “qəzet materiallarında söhbət xüsusi əhəmiyyətli tarixi hadisələr və bu hadisələrə cəlb olunan tarixi fiqurlardan gedir. Belə tarixi fiqurlardan olan şikayətçinin babası daim ictimaiyyətin diqqətində olub və onların tənqid edilməsi də qaçılmazdır”.
istinadən xəbər verir. Məlumata görə Rusiyaya qarşı Cuqaşvilinin şikayətini məhkəmə qəbuledilməz hesab edib. Qərara alınıb ki, “qəzet materiallarında söhbət xüsusi əhəmiyyətli tarixi hadisələr və bu hadisələrə cəlb olunan tarixi fiqurlardan gedir. Belə tarixi fiqurlardan olan şikayətçinin babası daim ictimaiyyətin diqqətində olub və onların tənqid edilməsi də qaçılmazdır”.Qeyd edək ki, qərar yekdilliklə qəbul olunub və qəti qərar hesab edilir. Cuqaşvilinin şikayəti 1940-ci ildə Katında olan polşalı hərbi əsirlərin güllələnməsi və Stalinin bu hadisələrdə rolundan danışan məqalədən bəhs edir. 2009-ci ildə Stalinin nəvəsi Basman rayon məhkəməsinə qəzetə qarşı şərəf və ləyaqətin müdafiəsi haqqında iddia qaldırmışdı, həmin iddia rədd edilib. Moskvanın Tver məhkəməsi 2012-ci ilin fevralında Dövlət Dumasına qarşı polşalı zabitlərin kütləvi öldürülməsində onun babasının əli olması barədə məlumatların təkzib olunması və şərəfinin qorunması haqda iddiasını rədd edib.
Qeyd edilir ki, bir necə il ərzində Cuqaşvili dövlət müəssisələri, KİV və jurnalistlərlə dəfələrlə mühakimə çəkişmərində iştirak edib. O, Dövlət Duması, “Birinci kanal”, “Exo Moskvı”, Rusiya arxivinə qarşı iddialarla çıxış edib və bütün məhkəmələrdə uduzub.



