"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

STM sədri beynəlxalq media nümayəndələri ilə görüşüb

01 Sentyabr 2022 - 15:21
in SOSİAL

“Sosial Tədqiqatlar Mərkəzində BMT-də akkreditə olunan xarici KİV nümayəndələri ilə görüş keçirilib.
Görüşdə 44 günlük Vətən müharibəsində qələbəmiz, ərazilərimizin işğaldan azad olunması, müharibədən sonrakı dövr, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşdırılması ilə bağlı həyata keçirilən proses, erməni vandalizminin izləri, insan haqları və digər mövzulara toxunulub”.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Elchi.az xəbər verir ki, bu barədə STM-in Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli FB hesabında qeyd edib:

“STM-in İdarə Heyətinin sədri Zahid Oruc xarici jurnalistləri salamlayıb və onları Sosial Tədqiqatlar Mərkəzinin binasında görməkdən məmnunluğunu ifadə edib. O, qürurla vurğulayıb ki, iki il əvvələ qədər bu cür görüşlərin mövzusu işğalla bağlı olurdusa, hazırda azad olunan torpaqlarla bağlıdır və bu bizim üçün mənəvi məsələ olmaqla yanaşı, həm də siyasi, tarixi məna daşıyır.
O qeyd edib ki, 30 ildə ölkə olaraq iki dəfə müharibəyə çəkilmişik, ancaq bu iki müharibədə itkilərimiz və itkinlərimiz fərqli olub: “İkinci Qarabağ müharibəsində şəhid və itkin sayımız ona görə az oldu ki, biz müharibənin böyük hissəsini səmada apardıq. 30 Avqust Beynəlxalq İtkinlər Günüdür. Təəssüflər olsun ki, Azərbaycan 30 il ərzində 4000 itkin düşən şəxs barədə Ermənistandan heç bir cavab ala bilməyib. Əvəzində biz cavabı torpağın altından alırıq. Azad olunmuş ərazilərimizdə kütləvi məzarlıqlar aşkarlanır”.
Zahid Oruc vurğulayıb ki, Azərbaycan prezidenti 44 günlük Vətən Müharibəsində qələbəmizi diplomatik masaya daşıyıb onu tamamlamağı hədəfləyir, sülh müqaviləsi imzalansa, kommunikasiyalar, sərhədlər açılacaq. O bildirib ki, Azərbaycan xalqı nifrətlə yaşamır, ancaq sərhədlər açılsa belə, xalqımız itkinlərə, əsirlərə qarşı qəddarlıq göstərən hərbi cinayətkarları bağışlamayacaq.
Daha sonra xarici media nümayəndələri Qarabağ zəfəri ilə bağlı təbriklərini bildirib, Mərkəz sədri Zahid Oruca suallar ünvanlayıblar.
Suallar ətrafında danışan STM sədri qeyd edib ki, Ermənistan 30 il ərzində müharibəyə dini xarakter verməyə çalışıb, eyni zamanda, İkinci Qarabağ müharibəsini beynəlxalq müharibəyə çevirmək istəyib: “Biz ona görə qalib gəldik ki, müharibənin beynəlxalq səviyyəyə keçməsinin qarşısını aldıq. Türkiyə bu baxımdan Azərbaycana əvəzsiz siyasi dəstəyini göstərdi”.
Ermənistanın ərazilərimizi minalarla çirkləndirməsinə də toxunan Zahid Oruc bildirib ki, onlar özləri də öz basdırdıqları minalarda partlayırlar, öz əkdiklərini biçirlər.
Erməni terrorundan danışan Z. Oruc bildirib ki, Azərbaycan xalqı heç vaxt terror qruplaşması yaratmayıb, Ermənistanın isə terror uzun müddət dövlət siyasəti olub: “Ermənilər İkinci Qarabağ müharibəsi barədə danışanda bir kəlmə belə soyqırım barədə danışmırlar. Çünki Azərbaycan ordusu erməni xalqını hədəfə almayıb. Biz terrorçu və hərbi cinayətkarlarla xalqı ayırırıq”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Laçının Sus kəndi –Yeni video

Next Post

Milyonçu xeyriyyəçinin anım günüdür…

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
Milyonçu xeyriyyəçinin anım günüdür…

Milyonçu xeyriyyəçinin anım günüdür...

Qazaxıstanda növbədənkənar prezident seçkiləri elan olundu

Tokayev yanvar hadisələrində iştirak edən şəxsləri əfv etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.