Ukrayna Silahlı Qüvvələri (AFU) cəbhədə çox çətin vəziyyətə düşdü.
Elchi.az xəbər verir ki, bunu Kanadanın CTV telekanalında Alyansın baş katibi Yens Stoltenberq deyib.
Alyans nümayəndəsinin sözlərinə görə, vəziyyətin belə olmasının səbəbi NATO ölkələrinin Kiyevə kifayət qədər miqdarda mərmi verməməsidir .
Stoltenberq NATO üzvlərini Kiyevə dəstəyi gücləndirməyə çağırıb.
Nuranə Məmmədova






