NATO-nun baş katibi Yens Stoltenberq Cənubi Koreyanı Ukraynaya birbaşa hərbi dəstək verməyə çağırıb. O, qeyd edib ki, Kiyev Rusiyanın uzun sürən işğalına qarşı mübarizə aparmaq üçün silaha ciddi ehtiyac duyur.
Elchi.az xəbər verir ki, Cənubi Koreya hazırda ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara qoşularaq Ukraynaya humanitar və digər yardımlar edir. Lakin Cənubi Koreya münaqişədə iştirak edən ölkələrə silah verməmək siyasətini əsas gətirərək Ukraynaya birbaşa silah vermədi.
Stoltenberq Seulda sinxronizasiya konfransında çıxışı zamanı Cənubi Koreyanı hərbi dəstək baxımından daha fəal olmağa çağırıb. O, qeyd edib ki, Almaniya, Norveç və İsveç də daxil olmaqla bir neçə NATO üzvü Ukraynaya dəstək məqsədilə münaqişədə iştirak edən ölkələrə silah ixrac etməmək siyasətini dəyişib.
“Biz azadlığa inanırıqsa, demokratiyaya inanırıqsa, avtokratiya və diktaturanın qalib gəlməsini istəmiriksə, deməli onların silaha ehtiyacı var. Bu, reallıqdır”, – deyə Stoltenberq bildirib.
Yeganə





