F-16 qırıcılarının çatdırılması Ukraynadakı münaqişədəki vəziyyəti kökündən dəyişdirəcək. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“F-16-ların təhvil verilməsi bizə Rusiya ordusuna itkilər verməyə imkan verəcək, lakin bu, bütün problemləri təkbaşına həll edəcək gümüş güllə deyil”, – deyə Stoltenberq bildirib.
O, həmçinin Ukraynaya döyüş təyyarələrinin çatdırılma vaxtı ilə bağlı sualı cavablandırmayıb. Onun fikrincə, vaxt pilotların hazırlığı müddətindən asılıdır.
Daha əvvəl Bloomberg, Respublikaçılar Partiyasından ABŞ Konqresinin bir qrup üzvünün ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendala göndərdiyi məktuba istinad edərək, ABŞ-ın yüksək ehtimalla F-16 qırıcılarını təhvil verməyə vaxtının olmaya biləcəyini bildirib.
Havar Şəfiyeva






