NATO-nun baş katibi Yens Stoltenberq münaqişənin qızğın vaxtında Ukraynanın alyansa üzvlüyünü istisna edib, lakin alyansın qapılarının Kiyev üçün açıq olduğunu da bir daha təkrarlayıb.
Elchi.az bu barədə News.am-a istinadən bildirir.
“Bütün müttəfiqlər razılaşır ki, Ukrayna NATO-ya üzv olmalıdır. Müttəfiqlərin heç biri, hətta Ukrayna belə, müharibənin qızğın vaxtında Ukraynanın alyansa qoşula biləcəyini təsəvvür etmir. Bütün müttəfiqlər alyansın qapılarının açıq olmasından danışırlar. Biz bunu Finlandiya və İsveçi inteqrasiya etməklə göstərmişik”, – deyə Stoltenberq Fransanın “France 5” telekanalına müsahibəsində deyib.
Vilnüs sammitində müzakirə olunacaq Ukrayna üçün mümkün təminatlarla bağlı sualı cavablandırarkən o, blok daxilində gedən debatları xatırladıb: “Biz tarixin təkrarlanmasının qarşısını almağa yönəlmiş çoxlu debatlar aparırıq… Ona görə də bizim Ukrayna ilə bağlı öhdəliklərimiz uzunmüddətli xarakter daşımalıdır”, -deyə NATO baş katibi vurğulayıb.
Yeganə





