NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Rusiya və Ukrayna arasında sülh danışıqları üçün şərait “hələ yaradılmayıb”. Elchi.az xəbər verir ki, o, bu barədə Financial Times-ın təşkil etdiyi tədbirdə onlayn çıxışı zamanı bildirib.
“Hələ şərait yaradılmayıb, çünki Rusiya Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməklə danışıqlara hazır olduğuna dair siqnallar verməyib. Amma buna nə mən, nə də Brüssel qərar verməli deyil. Ukraynalılar danışıqların vaxtının nə vaxt gəldiyinə qərar verməlidirlər”, – Stoltenberq bildirib.
Şayəstə






