NATO-nun qlobal miqyasda genişlənmək planları yoxdur. Ekchi.az RİA Novostiyə istinadən xəbər verir ki, baş katib Yens Stoltenberq ABŞ-da Xarici Əlaqələr Şurasında çıxışı zamanı alyansın planlarından danışıb.
“NATO regional ittifaq olaraq qalacaq, yalnız Avropa ölkələri üzv ola bilər”.
Əvvəllər Macarıstan hakimiyyəti İsveçin Şimali Atlantika Alyansına qəbul edilməsinin zəruriliyinə şübhə edirdi. Budapeştin İsveç məktəblərində Macarıstan demokratiyasının guya düşdüyü tənəzzül vəziyyətinə dair ittihamlar və yalan məlumatlarla film yayan müttəfiqə ehtiyacı yoxdur.
Havar Şəfiyeva




