NATO-nun baş katibi Yens Stoltenberq alyansın xarici işlər nazirlərinin görüşündən əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, NATO-nun əsas vəzifələrindən biri Ukraynada münaqişənin gərginləşməsinin qarşısını almaqdır.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
“NATO-nun Ukraynaya qarşı təcavüzlə bağlı iki əsas vəzifəsi var. Biri Ukraynaya dəstək verməkdir və biz bunu müharibənin əvvəlindən edirik, bir çox NATO ölkələri hələ tammiqyaslı işğal başlamazdan əvvəl Ukraynaya yardım göstərib. Digər əsas vəzifə münaqişənin Rusiya ilə NATO arasında genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaqdır, çünki bu, daha böyük iztirablara, ölümlərə və dağıntılara gətirib çıxaracaq”, – o, ukraynalı jurnalistin NATO-nun hazırlanıb-hazırlanmadığı sualını cavablandırarkən deyib.
Stoltenberq həmçinin alyansın bütün ölkələrinin mövqeyini xatırladıb: “Ukraynanın hərbi əməliyyatlar şəraitində NATO-ya tamhüquqlu üzv olması mümkün deyil”.
O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin hücumunun uğursuzluğuna baxmayaraq, Ukraynanı silahla dəstəkləməyə davam edəcəyinə söz verib.
Nuranə Məmmədova





