Alyansın baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynaya hərbi yardım NATO ölkələrindən pul xərcləmək üçün yaxşı fürsətdir.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
O, bunu ÜDM-in 2%-ni müdafiə xərclərinə necə xərcləmək lazım olduğuna dair sualı cavablandırarkən deyib.
“[ÜDM-in 2%-ni necə xərcləməklə bağlı problem yaranarsa, mən kömək edə bilərəm. NATO-nun bir sıra yaxşı imkanları var, ilk növbədə Ukraynaya yardım. Əgər qəfil pulunuz olsa, mən onu Ukraynaya yardıma yatırmağı məsləhət görərdim”, – o, Lüksemburqun baş naziri Luc Frieden ilə görüşdən sonra Brüsseldə keçirilən mətbuat konfransında deyib.
Nuranə Məmmədova






