NATO-nun baş katibi Yens Stoltenberq bu ilin oktyabrında vəzifəsini tərk etmək niyyətindədir.
Elchi.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Oana Lunqesku bir sıra KİV-lərə, o cümlədən “Spiegel”ə məlumat verib.
“O, mandatını uzatmaq niyyətində deyil”, – Lunqesku qeyd edib.
Bu yaxınlarda 63 yaşlı Stoltenberqin səlahiyyət müddətinin 2024-cü ilə qədər uzadıla biləcəyi ilə bağlı fərziyyələr var idi.
Yeganə






