NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Türkiyə və Birləşmiş Millətlər Təşkilatının (BMT) səylərinə baxmayaraq, taxıl sazişindən çıxmasını pislədiyini bildirib.
Elchi.az xəbər verir ki, mövzu ilə bağlı sosial mediada açıqlama verən Stoltenberq, “Müttəfiqimiz Türkiyə və BMT-nin səylərinə baxmayaraq, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən birtərəfli qaydada çəkilmə qərarını qınayıram”,-ifadəsini işlədib.
Stoltenberq ” Rusiyanın Ukraynadakı qeyri-qanuni müharibəsi dünyada milyonlarla insana zərər verməyə davam edir”,-deyib.
Nuranə Məmmədova





