Rusiyanın Çita şəhərində kişilər üçün nəzərdə tutulan striptiz klubun reklam lövhəsində supermodel İrina
Şeykin fotosu yapışdırılıb. İrinanın təmsilçiləri isə müəssisənin modelə heç bir aidiyyətinin olmadığı və bu addımın qanunsuz olduğunu deyiblər.
Müəssisə rəhbərliyi Rusiya Federasiyası Konstitusiyasının 152-ci maddəsini pozmaqla vətəndaşın icazəsi olmadan onun şəklindən istifadə edib.
Striptiz klubunun rəhbərliyi qanun pozuntusuna görə 1000 dollara yaxın cərimə ödəyə bilər.




