Bu gün Bakının Suraxanı rayonunda içməli suyun verilməsində məhdudiyyət yaranacaq.
“Azərsu” ASC-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, abunəçilərin diqqətinə çatdırılır ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şadlınski küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədar sentyabrın 23-də Yeni Günəşli qəsəbəsinin A,B,V,Q,D massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.



