"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Su qiymətinə dünyanı gəzən iki azərbaycanlı

16 İyul 2015 - 11:17
in XƏBƏR LENTİ

Su qiymətinə dünyanı gəzən iki azərbaycanlı

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Gənc ər-arvad Gülərlə Bəxtiyar elə təcrübəli səyyahdırlar ki, bu ilin martında Polşadan Norveçə təyyarə bileti üçün adama cəmi 7,5 manat ödəyiblər… Hətta Bakı-Zaqatala avtobusu bundan 50 qəpik bahadır- 8 manatdır. 
Azadlıq.org-a istinadən xəbər verir ki, Gülərin sözlərinə görə dünyanı gəzmək üçün milyonçu olmaq lazım deyil: “Səfəri əvvəlcədən yaxşı planlaşdırmaq kifayətdir. Bizim həmin bileti uçuşdan 10 ay əvvəl almışdıq. Uçuş günü həmin bilet 300 manat idi. Elə olur ki, bir il əvvəldən alırıq biletləri”.
27 yaşlı Gülərlə 32 yaşlı Bəxtiyar kiçik ailə büdcəsi ilə son dörd ildə azı 20 ölkədə səfərdə olublar.
Onlar artıq gələn ilin mayı üçün uçuş biletlərini alıb saxlayıblar: “Bileti əvvəlcədən almaq qiymətdə böyük fərq edir”.
Xərclərə qənaət etmək üçün Gülərlə Bəxtiyar dünyaya qonşu Gürcüstandan çıxırlar. Əşyalarını toplayıb dəmiryolu ilə Tbilisi aeroportuna yollanırlar, ordan isə az xərcli (lou-cost) hava yollarının xidmətindən istifadə edirlər.
Gürcüstanın Kutaisi aeroportu başqa azərbaycanlı səyyahlar kimi bu cütlük üçün də sərfəli uçuş nöqtəsinə çevrilib. Burdan Avropaya uçan az xərcli şirkət -WizzAir Bakıya uçuşlarını dayandırıb.
Gənclər Tbilisidən Türkiyəyə gedən avtobuslarla Kutaisi aeroportuna yollanır: “Türkiyə avtobusları Kutaisi aeroportunun qarşısından keçir, adama beş manat ödəməklə bu aeroporta getmək mümkündür”.
Bakı və Kutaisidən uçuşların qiymətləri arasında azı səkkiz dəfə fərq var.
Sentyabrın 16-23-ü tarixlərində Budapeştə səfər etmək istəsən, qiymətlər aşağıdakı kimi olacaq:
Bakıdan AZAL-la 772 avro
Gürcüstanın Kutaisi şəhərindən WizzAir ilə 8.5 dəfə ucuz – 89 avro
Hərçənd, WizzAir və AZAL-ı müqayisə etmək o qədər də düz deyil. Bu iki şirkətin fərqi budur ki, birinci şirkət aşağı xərclidir – yemək, içki üçün ayrıca ödəniş etmək lazımdır. Baqaj imkanları azdır. Nisbətən az komfortludur. Azərbaycan hökuməti bu şirkəti ölkəyə buraxmadığına görə tənqid olunur.
Gənc səyyahlar da aşağı xərcli şirkətə üstünlük verib, Kutaisiyə yol alırlar.
Gülər deyir ki, Avropaya 7-10 günlük səyahətə iki nəfərə maksimum 1000 manat xərcləyirlər.
Gənclər oteldə, yox hostellərdə gecələməyə üstünlük verirlər. Gülər deyir ki, hostellər otellərdən daha az komfortlu olsa da (yataq otağı, hamam və mətbəx ümumi istifadə üçündür), hostellərdə yeni tanışlar qazanılır: “Biz Amsterdamın ətrafındakı gözəl qəsəbələr haqqında hosteldəki tanışlarımızdan öyrəndik. Həmin qəsəbələr çox xoşuma gəldi, ora yenidən qayıtmağı düşünürük. Hostellər yeni təcrübə, yeni dostlar qazanmaq baxımından faydalıdır”, deyə Gülər bildirir.
2003-cü ildə dünya səyyahları üçün internetdə “Couchsurfing” (divan-divan, ev- ev gəzmək mənasına gəlir) adlanan iicma yaradılıb – bir-birinin evindəpulsuz qalırlar.
“Couchsurfing”in 10 milyon üzvü dünyanın 200 min şəhərində pulsuz qala bilərlər. Bununçün saytda profil yaratmaq, maraqlarına uyğun məntəqəni, ev sahibini seçmək lazımdır.
İctimai fəal Ruslan Əsəd azı 20 dəfə Couchsurfing-lə qonaq qalıb, bir neçə dəfə Bakıdakı evinə qonaq qəbul edib: “Mən nəinki bu şəhərlərdə pulsuz qala bilirəm, bu mənimçün səfər etdiyim icmanı yaxından tanımaq, mədəniyyəti daha yaxşı öyrənmək baxımından dəyərlidir”.
Bəs tanımadığım adamın evində necə yaşayım?
Ruslan Əsəd deyir ki, icmanın üzvləri səfər bitəndən sonra təəssüratlarını saytda bölüşürlər. Həmin məlumatlar əsasında qonaq gedəcəyin evi daha tez seçmək olur.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qızıl ucuzlaşdı

Next Post

Suriyada döyüşənlərin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Suriyada döyüşənlərin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb

Məşhur iş adamının cəsədi basdırılmış olaraq tapılıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.