"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Süd vəzi xərçənginin qarşısını almaq olarmı? – Həkimdən məsləhət (VİDEO)

18 Mart 2017 - 08:02
in XƏBƏR LENTİ

 

“Xərçəng dünyanın bəlasına çevrilmiş, dünyanın, eləcə də Azərbaycanın mübarizə apardığı, çarəsi üçün davamlı axtarışlar gedən bir xəstəlikdir. Bu gün müasir müayinə, müalicə metodları ilə əldə olunan nəticələr artıq xərçəngin sağalmaz deyil, sağalan xəstəliklər siyahısında olduğunu deməyə əsas verir. Bu gün biz də xərçəngin müalicəsində dünya ilə ayaqlaşmaqdayıq”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında onkoloq, Mərkəzi Klinik Xəstəxananın əməkdaşı Zeynəb Allahverdiyeva deyib.

Mütəxəssis süd vəzi xərçənginin müalicəsində müsbət nəticələrin əldə olunmasında erkən diaqnostikanın çox önəmli olduğunu vurğulayıb və təəssüflə bildirib ki, bir çox hallarda qadınlar xəstəliyin kəskinləşdiyi hallarda həkimə müraciət edirlər:

“Bu gün internet dövründə xanımlarımız o qədər də maarifsiz deyillər. Onlarda süd vəzi ilə bağlı hər hansı şübhə yaranan kimi internetdə araşdırma aparırlar. Təəssüf ki, çox zaman da elə internetdə olan məlumatlarla kifayətlənirlər, yəni həkimə müraciət etmirlər. Bir xanım süd vəzində düyün, ağrı hiss edirsə, hökmən həkimə müraciət etməlidir. Çox zaman xəstəliyin ilk anlarında ağrı soyuqdəymə ilə əlaqələndirir. Biz bu hallarla tez-tez qarşılaşırıq. İstənilən halda süd vəzlərində hər hansı bir kütlə, hər hansı bərk törəmə hiss etdikdə həkimə müraciət olunmalıdır. Amma onu da deyim ki, öncəki illərlə müqayisədə xanımların həkimə müraciəti çoxalıb”.

Süd vəzi xərçənginin səbəbi dəqiq məlum olmayan xəstəliklər siyahısında olduğunu deyən həkim buna baxmayaraq, bir çox faktorların səbəb kimi qəbul edildiyini bildirib:

“Erkən ailə qurma, gec ailə qurma, erkən doğuşlar, ilkin doğuşun gec olması, aybaşı tsiklinin daha erkən, yaxud daha gec yaşlarda baş verməsi, metabolizm prosesində pozğunluqların yaranması və genetik faktor xüsusilə rol oynayır”.

Z. Allahverdiyeva səbəb olan əsas amillərdən biri kimi stress faktorunu vurğulayıb.

Problemin yaranmasında genetik amilin rolu haqda danışan həkim bildirib ki, süd vəzi xərçənginin əmələ gəlməsi əsasən ana xətti ilə bağlı olur. Yəni ana, bacı, nənə və digər yaxınlarda, qohumlarda bu problem varsa, nəsildə olan qadınlar risk qrupuna daxildirlər.

Onkoloq qeyd edib ki, süd vəzi xərçəngi erkən – birinci mərhələdə aşkarlandıqda, xəstənin yüz faiz sağalma şansı var:

“Süd vəzində hər hansı ağrı, kütlə hiss edən qadınlarda ilk anda xof, qorxu yaranır. O anda “məndə xərçəng xəstəliyi varmı” deyə sual edirlər. Amma həmən təlaş keçirməyə dəyməz. Ağrı daha çox süd vəzinin xoşxassəli düyünlərinin xarakteristikasına aiddir. Bundan qorxmaq lazım deyil”.

Onun sözlərinə görə, bu düyünlərin çox az hallarda gələcəkdə bədxassəli şişə çevrilmə ehtimalı var.

Həkim deyib ki, süd vəzisində xərçəng ilkin mərhələdə aşkarlandıqda cərrahiyə əməliyyatı lokal olaraq icra edilir və xəstə illərlə kontrolda saxlanılır.

Onkoloq onu da deyib ki, xanımlar özləri-özlərini müayinə etməyi bacarmalıdırlar. Hər iki qolu yuxarı qaldırmaqla, süd vəzini basmaqla, düyünü yoxlamalıdırlar. Həkim qeyd edib ki, bədxassəli düyünlər ilkin dövrdə bərk, ağrısız və hərəkətsiz olur:

“Süd vəzi dərisində portağal qabığına bənzər dərinin olması, qızartı kimi simptomlar, gilənin içəriyə dartılması 90% süd vəzi xərçənginin əlamətləridir. Amma bəzi hallarda süd vəzi giləsinin içəriyə dartılması genetik, yəni fizioloji olur”.

Mütəxəssis onu da bildirib ki, süd vəzi xərçənginə xüsusilə 50-74 yaş arasında daha çox rast gəlinir. Amma inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrdə artıq bu yaş cavanlaşmağa doğru gedir. Onun sözlərinə görə, son dövrlərdə 25 yaşlı qadınlarda da süd vəzi xərçənginə rast gəlinir.

Z. Allahverdiyeva qeyd edib ki, hamiləliyi yarımçıq bitən, abort olunan qadınlar süd vəzi xərçəngi ilə bağlı risk qrupuna daxildirlər.

Mütəxəssis bildirib ki, süd vəzisi xərçəngi cavan qadınlarda daha tez inkişaf edir: “Cavan orqanizmdə metabolizm, maddələr mübadiləsinin daha sürətli olduğunu nəzərə alsaq, xəstəliyin də sürətli inkişaf etdiyini deyə bilərik. Yaşlı şəxslərdə bu inkişaf nisbətən zəif gedir”.

Onkoloq deyib ki, süd vəzi dərisində qızartı, yaralar varsa, bu, artıq süd vəzi xərçənginin ağırlaşmış, dördüncü mərhələdə olduğunu göstərir: “Amma portağal qabığı simptomunun olması dördüncü mərhələ demək deyil. Gecikmiş mərhələlərdə xəstələr sümüklərdə ağrı, baş gicəllənməsi əlamətləri ilə müraciət edirlər. Bu isə artıq sümük, beyin metastazının əlamətləri sayılır. Çox təəssüf ki, gecikmiş mərhələdə bu əlamətlərlə müraciət edən xanımlarımız var”.

Həkim profilaktiki olaraq 25-30 yaşlardan sonra hər bir xanımın süd vəzi müayinələrindən keçməsinin vacib olduğunu deyib. O, ilkin olaraq ultrasəs müayinəsi aparılmasının, 30-35 yaşdan sonra isə mammoqrafiya müayinəsi etməyin vacib olduğunu deyib.

Süd vəzi problemlərindən biri – mastopatiyalar haqda danışan Z. Allahverdiyeva deyib ki, bu, xoşxassəli haldır: “Mastopatiya süd vəzində hərəkətli düyünlərlə özünü büruzə verir və bundan qorxmaq lazım deyil. Bu düyünlər 0,1 faiz hallarda gələcəkdə ağır xəstəliyə çevrilə bilər. Fibrokistik xəstəliklər xərçəng önü xəstəlik sayılmır. Bu hallara gənc xanımlarda daha çox rast gəlinir”. 

Mütəxəssis risk qrupuna daxil olan qadınları, ümumiyyətlə, hər kəsi xərçəng hüceyrələrinin inkişafında rolu olan qidalardan mümkün qədər uzaq olmağa çağırıb.

Həkim bur sırada konservləşdirilmiş, hisə verilmiş, konservantlarla zəngin olan, qızardılmış, “fast food” qidaları vurğulayıb: “Daha çox maye qəbul etmək, heyvani yağlardan az istifadə etmək, siqaret və alkoqoldan uzaq olmaq, meyvə-tərəvəzlər, göyərtilərdən daha çox faydalanmaq lazımdır”.

O, həmçinin artıq çəkili insanlarda xərçəng riskinin daha çox olduğunu vurğulayaraq artıq çəkili qadınların yemək və hərəkət rejiminə ciddi əməl etmələrinin əhəmiyyəti barədə də danışıb.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Tramp Ağ evdə Merkeli saymadı – VİDEO

Next Post

İntihar edən jurnalistin baş redaktoru: “Mövludun intiharında bu ayrılığın rolu güclüdür”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İntihar edən jurnalistin baş redaktoru: “Mövludun intiharında bu ayrılığın rolu güclüdür”

ANS-in yayımı bərpa olacaqmı...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.