Aprelin ortalarından bəri vətəndaş müharibəsinin davam etdiyi Sudanda hava məkanının bağlanması qərarı daha 2 həftə uzadılıb.
Elchi.az xəbər verir ki, Sudan Mülki Aviasiya İdarəsi humanitar yardım və evakuasiya uçuşları istisna olmaqla, hava məkanının bağlanması qərarının avqustun 15-dək uzadıldığını açıqlayıb.
Aprelin ortalarında ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən vətəndaş müharibəsindən sonra Sudan hava məkanı müntəzəm hava nəqliyyatı üçün bağlanıb.
Şayəstə Hüseynova





