Sudanda ordu və Çevik Dəstək Qüvvələri 72 saatlıq yeni atəşkəs haqqında qərar qəbul edib.
Elchi.az xəbər verir ki, ÇDQ-nin Twitter hesabından edilən açıqlamasında bildirilib:
Birləşmiş Ştatların vasitəçiliyi ilə humanitar yardım dəhlizlərinin açılması, vətəndaşların və sakinlərin gediş-gəlişinin asanlaşdırılması, xəstəxanalara və təhlükəsiz bölgələrə çatdırılması, diplomatik nümayəndəliklərin boşaldılması üçün gecə yarısından etibarən 72 saatlıq humanitar atəşkəs qərarı verildiyi bildirilib.
Çevik Dəstək Qüvvələrinin əcnəbilərin və diplomatik nümayəndəliklərin ölkədən təhlükəsiz çıxışını təmin etmək üçün əməkdaşlığa hazır olduğu bildirilən açıqlamada elan edilən atəşkəs dövründə buna əməl ediləcəyi qeyd edilib, “Qarşı tərəfi davam edən pozuntulara qarşı xəbərdar edirik”.
Nuranə Məmmədova






