Aprelin 15-də Sudanda münaqişə başlayandan bəri yüz mindən çox insan ölkəni tərk edib.
Elchi.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyinin (UNHCR) nümayəndəsi Olqa Sarado Cenevrədə keçirdiyi brifinqdə bildirib.
“Qonşu dövlətlərdə münaqişə başlayandan bəri 100 mindən çox insan Sudanı tərk edib. Onların arasında həm sudanlı qaçqınlar, həm Cənubi Sudandan qayıdan qaçqınlar, həm də əcnəbilər var”, – deyə o, bildirib.
Sarado əlavə edib ki, 24 min qaçqının şəxsiyyəti məlum olub. Onun sözlərinə görə, qaçqınların əksəriyyəti Çaddadır, onların arasında əsasən qadınlar və uşaqlar var.
Yeganə





