Sudan Ordusu və Çevik Dəstək Qüvvələri humanitar atəşkəsi bu gecə yarısından etibarən 72 saat daha uzaddıqlarını açıqlayıb.
Elchi.az Anadolu Agentliyinə istinadən xəbər verir ki,ÇDQ-dən verilən açıqlamada bildirilib ki, regional və beynəlxalq çağırışlar üzrə humanitar dəhlizlərin açılması, vətəndaşların gediş-gəlişinin asanlaşdırılması, ehtiyaclarının ödənilməsi və onlara yardım etmək üçün humanitar atəşkəs gecə yarısından etibarən 3 gün daha uzadılıb.
Hərbçilər həmçinin Səudiyyə Ərəbistanı və ABŞ-ın səyləri sayəsində atəşkəsi 72 saat daha uzatmağa qərar verdiklərini açıqlayıblar.
Sudanda ordu ilə ÇDQ arasında aprelin 28-nə keçən gecə başlayan atəşkəsə baxmayaraq, paytaxt Xartumun müxtəlif yerlərində qarşıdurmalar davam edib.
Hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edib.
Nuranə Məmmədova



