Bu gün orta ailənin azaldığı bir dünyada Sue Radford 48 yaşlı 22 uşaq anasıdır və 14-cü nəvəsini gözləyir. 11 oğlan və 11 qız uşağı olan cütlüyün böyük ailəsi getdikcə böyüyür.
Elchi.az bu barədə “Bright Side” kanalına istinadən xəbər verir.
22 mart 1975-ci ildə anadan olan Sue Radford valideynlik səyahətinə gənc yaşlarından başlayıb. Gənc yaşda ilk övladı Krisi dünyaya gətirən Sue Radford liseydəki sevgilisi Noel Radfordla evlənib.
Cütlüyün toyundan qısa müddət sonra 22 uşaqlı ailənin başlanğıcı olan ikinci övladı Sofi dünyaya gəldi. Cütlük hər keçən il sevdikləri evlərini genişləndirdi. Hazırda Radford ailəsində Chris (34), Sofi (29), Chloe (27), Jack (26), Daniel (24), Luke (22), Millie (21), Katie (20), James (19) , Eli (18), Aimee (17), Coş (15), Maks (14), Tilli (13), Oskar (11), Kasper (10), Halli (8), Phoebe (6), Archie (5), Bonnie (4), Heidi (3) və onların ölü körpəsi Alfie.
Subsidiya verilməyən ailə Faraday’s adlı bir ailənin idarə etdiyi çörək zavoduna sahibdir və onlar 2004-cü ildə aldıqları 10 otaqlı evdə yaşayırlar. Evin böyük uşaqları Kris və Sofi öz ailələri ilə yaşayırlar.
Nuranə Məmmədova





