İsrailin Livanda HƏMAS Siyasi Bürosunun sədr müavini Salih Əl Aruri də daxil olmaqla 6 nəfəri öldürməsinə Həmasdan reaksiya var. HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə deyib ki, “İsrail Arurinin öldürülməsinin nəticələrinə görə məsuliyyət daşıyır”.
Elchi.az xəbər verir ki, İsrail HƏMAS-ın Livanın paytaxtı Beyrutdakı ofisinə pilotsuz təyyarə ilə hücum edib.
Hücumda Aruri və HƏMAS-ın silahlı qanadı İzzəddin Əl-Qəssam komandirləri Semir Fendi və Əzzam Əl-Əkra, həmçinin Həmas üzvləri Mahmud Şahin, Məhəmməd Beşaşe, Məhəmməd Ər-Reis və Əhməd Hammud həyatını itirib.
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə HƏMAS-ın yüksək rütbəli lideri Saleh Əl-Arurinin öldürülməsinin nəticələrinə görə İsraili məsul hesab edib.
Haniyə deyib: “Arurinin Livan ərazisində öldürülməsi tam terror aktıdır və Livanın suverenliyinin pozulmasıdır. “Bu, xalqımıza və torpaqlarımıza qarşı hücumların əhatə dairəsinin genişləndirilməsidir”.
Nuranə Məmmədova






