"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sülhəddin Əkbər: “İran-ABŞ yaxınlaşması Azərbaycandan təsirsiz ötüşməyəcək…”

16 Yanvar 2015 - 18:45
in XƏBƏR LENTİ
img1485333Bazar günü Tehranın nüvə proqramı ilə bağlı keçiriləcək “Altılıq” ölkələri XİN rəhbərləri səviyyəsində görüşdən qabaq ABŞ və İran xarici işlər nazirləri uzun müzakirələr aparıblar. Xəbər verildiyi kimi, yanvarın 14-də İsveçrənin Cenevrə şəhərində İranın nüvə proqramı ilə bağlı ABŞ və İran nümayəndələri arasında növbəti görüş keçirilib. Görüşdə İran tərəfdən xarici işlər naziri Cavad Zərifin, ABŞ tərəfdən isə dövlət katibi Con Kerrinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.
Qeyd edək ki, İranın nüvə məsələsi ilə bağlı yekun razılaşmanın imzalanması noyabra planlaşdırılsa da, həmin vaxt reallaşan iki mühüm görüş nəticəsiz bitmişdi. Yanvarın 18-də isə “altılıq” ölkələrinin təmsilçiləri ilə İran heyəti arasında ümumi toplantı gözlənilir. Ümumiyyətlə, 2013-cü ilə qədər ABŞ-İran münasibətləri gərginliklə xarakterizə edilirdi. 2013-cü ildən sonra isə Qərblə İran arasında açıq şəkildə danışıqlar gedir.
Azərbaycan hakimiyyəti İran haqda Azərbaycana təzyiq edən ölkə obrazı yaradıb. Ancaq Qərb İranla yaxınlaşdıqdan sonra isə bu arqument kəsərsiz hala gəlir. İranın həm ərazi baxımdan böyük olması, həm də neft ehtiyatlarının zənginliyi Azərbaycanın Qərb üçün əhəmiyyətliyini azaldır. Maraqlıdır, İranın ABŞ-la yaxınlaşması Azərbaycana, onun Qərb üçün önəminə hansı təsirləri göstərəcək?
Milli təhlükəsizlik nazirinin keçmiş birinci müavini Sülhəddin Əkbər İranla ABŞ-ın yaxınlaşmasının Azərbaycana müsbət təsiri olacağını dedi: “Qərbin, yəni Avropa Birliyinin münasibətlərinin gərgin olduğu, sanksiyaların tətbiq olduğu bir zamanda İranla ABŞ-ın yaxınlaşması İranın qonşusu olan bütün ölkələrə, o cümlədən Azərbaycana təsir edəcək. Bu təsir həm siyasi-diplomatik sahədə, həm də iqtisadi, enerji, maliyyə sahələrində olacaq. Sanksiyaların tətbiqi ilə bağlı problemlər ortadan çıxır və dolayısı ilə Azərbaycanla ABŞ və Avropa Birliyi arasında münasibətlərdə gərginlik yaranır. Bu baxımdan əgər İranla nüvə məsələsi ətrafında hər hansı razılaşma olsa, şübhəsiz ki, bu, İran-Azərbaycan münasibətlərinin inkişafı üçün əlverişli zəmin yaradacaq. Bu zəmin xüsusən də ticarət və iqtisadi sahədə özünü göstərəcək. Eyni zamanda siyasi-diplomatik sahədə gərginliklər, həmçinin də bizi narahat edən hərbi müdaxilə ehtimalı da ortadan qalxacaq. Çünki ABŞ-İran münasibətlərinin kəskinləşməsi Azərbaycana da təsir edirdi. Bir misal: xatırlayırsınızsa, İranla Azərbaycan arasında sanksiyalar rejiminin tətbiqi ilə bağlı zaman-zaman gərginliklər yaşanırdı. Sonra Azərbaycan üzərindən guya İrana qarşı kəşfiyyat aparılması ilə bağlı       İsrail tərəfindən gərginliklər yarandı. O zamanlar bu tipli məsələlər ortadan qalxacaq və qarşılıqlı etimad olmasa da, normallaşma prosesi gedəcək. Çünki qarşılıqlı etimad və etibarın yaranması daha uzun bir prosesdi və burada daha dərin əlaqələrə ehtiyac var”.

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bağdadinin öldürüldüyünə dair daha bir iddia

Next Post

Prezident İlham Əliyev müəllimlərin dərs yükünü və maaşlarını artırdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Prezident İlham Əliyev müəllimlərin dərs yükünü və maaşlarını artırdı

Sənədsiz evlərin taleyi yenə də müəmmalı olaraq qalır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.