"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

SÜLH SAZİŞİ – Rusiya və Qərbin təklif etdiyi variantlarda prinsipial fərq nədir?

30 Sentyabr 2022 - 16:18
in MÖVQE

“Azərbaycan və Ermənistan arasında mövcud durumun çözülməsi üçün hamının qəbul etdiyi bir formul var – SÜLH SAZİŞİ. Amma hamı SÜLH SAZİŞİ barədə danışsa da ortada real nəticə yoxdur. 44 günlük müharibədən artıq 2 il keçir və hələ də qan tökülməkdə davam edir”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu fikirləri hərbi jurnalist Asəf Quliyev FB hesabında qeyd edib:

“Sülh sazişi ilə bağlı Azərbaycanın təklif etdiyi 5 bəndlik prinsiplər də var.

-Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
-Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
-Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
-Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Ermənistan tərəfi bu təkliflərə birini də əlavə etməklə prosesə etiraz etmədiyin bildirib. Amma prosesin dalana dirənməsin onunla nəticələnir ki, yenə də qan tökülür.
Sözsüz ki, SÜLH SAZİŞİnin kimin vasitəçiliyi ilə bağlanacağı prosesin dalana dirənməsinin səbəblərindən biridir. Amma bu pərdə arxasında qalan yeganə və əsas səbəb deyil.
Məsələ ondadır ki, Qərb və Rusiya SÜLH SAZİŞİ üçün müxtəlif kombinasiyalar təklif edir. Və bu kombinasiyaların hər ikisində bağlayıcı fiqur Qarabağ erməniləridir.
RUSİYANIN TƏKLİFİ
Kreml başbilənləri təklif edir ki, Azərbaycan və Ermənistan arasında saziş imzalansın və bu sazişdə Qarabağ ermənilərinin taleyinin gələcəkdə referendum vasitəsi ilə həll ediləcəyi qeyd olunsun. Status məsələsi gələcəyə saxlanılsın.
Yəni Azərbaycan və Ermənistan sərhədləri müəyyənləşdirsin, kommunikasiyaları açsın, Qarabağda yaşayan ermənilərin taleyini isə Rusiya sülhməramlılarına həvalə etsinlər.
Rusiya bununla regionda mövcudluğuna təminat almaq istəyir.
Azərbaycan bununla razılaşmır. Status məsələsi rəsmi Bakı üçün bitmişdir.
Erməni tərəfində buna münasibətdə iki rəy var. Ermənistan hakimiyyəti bu təklifdən xoşhal deyil. Amma Ermənistandakı revanşıst qüvvələr üçün bu ən optimal variantdır.
QƏRBUN TƏKLİFİ
Brüsselin timsalında Qərb hesab edir ki, saziş Qarabağ ermənilərinin taleyinə də aydınlıq gətirməlidir. Hər hansısa bir formada status olmalıdır. Rəsmi Bakını razı salmaq üçün Brüssel Azərbaycanın ərazi bütövlüyünü və Qarabağa veriləcək statusun Azərbaycanın tərkibində olmasını təbii hesab edir. Belə bir sazişi reallaşdırmala Qərb Rusiyanın regionda mövcudluğuna ehtiyacı aradan qaldırmaq məqsədi güdür.
Rusiya bunu bilir və Ermənistana təzyiq edir. Ermənistanda isə hakim isteblişment bu təklifi qəbul edir. Paşinyanın imzalamağa hazırlaşdığı sənəd barədə danışanda da məhz bunu nəzərdə tuturdu. İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağ ermənilərinin Azərbaycanın tərkibində statusuna nail olur. Revanşıstlər isə bunu qəbul etmir və bu Rusiyaya imkan verir ki, Paşinyan hökumətinə həm xaricdən, həm də daxildən təzyiq etsin.
Rəsmi Bakı isə bu təkliflə də razı deyil. Status məsələsi Bakının gündəliyində yoxdur. İndi Qərbin Azərbaycana gözlə görünən təzyiqlərinin arxasında da məhz bu dayanır.


Azərbaycanın hazırkı durumda güvəndiyi yeganə reallıq dəmir yumruqdur. Hazırda rəsmi Bakının əsas arqumenti güc faktorudur.
Ermənistanın isə güvənə biləcəyi reallıq demək olar ki, yoxdur. Ordu sıfır vəziyyətində, diplomatik cəhdlər haçalanıb. Ermənistanı çətinə salan əsas faktorlardan biri də real dəstəyi Qərbdən, yoxsa Rusiyadan almaq sualıdır. Qərbə inteqrasiya yolu tutan Paşinyanın Rusiyadan dəstək alması paradoksal durum yaradıb. Qərb isə Rusiyanın təsiri altında olan Ermənistana real dəstək verməyə ehtiyatla yanaşır”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Məktəbəhazırlıq qruplarında tədris nə vaxt başlayacaq?

Next Post

Ermənistanın növbəti hücumları istisna deyil

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Ermənistanın növbəti hücumları istisna deyil

Ermənistanın növbəti hücumları istisna deyil

“Liman qələbəsi Putinin bugünkü bayramına Ukrayna tərəfindən yaxşı “hədiyyə”dir”

"Liman qələbəsi Putinin bugünkü bayramına Ukrayna tərəfindən yaxşı "hədiyyə"dir"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.