"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sumqayıtda vətəndaşın evi uçuruldu, ailə üzvləri isə döyüldü – Video

05 Fevral 2015 - 17:15
in SOSİAL

hz tafieSumqayıt şəhərindəki Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin Şirvan dəmiryol massivində yaşayan sakinlər evlərinin heç bir xəbərdarlıq və məhkəmə qərarı olmadan sökülməsinə etiraz edirlər

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Fevralın 3-dən başlayan söküntü prosesi nəticəsində artıq 7 ev dağıdılıb və heç bir vətəndaşa kompensasiya ödənilməyib. 
Bu məlumatları evləri uçurulan sakinlər musavat.com-a bildiriblər. Onlar söküntü prosesini və bu zaman polislə aralarından yaşanan qarşıdurmanı əks etdirən həvəskar videogörüntüləri də redaksiyamıza göndəriblər.
Evi uçurulan Lətif Abbasov bildirib ki, polis işçiləri heç bir xəbərdarlıq etmədən içərisində əşyalar ola-ola onun evini uçurublar və özünü də döyüblər: “Fevralın 3-də səhər saatlarında yüz nəfərə yaxın polis gəldi. Aralarında vəzifəli şəxslər də var idi. Həyətə daxil olmaq istəyəndə mən onlardan sənəd tələb etdim ki, siz kimsiniz və hansı səbəbdən mənim mənzilimə girirsiniz. Evdə mənim həyat yoldaşım və dörd qızım var idi. Onlar mənə heç bir cavab vermədilər. İki ekskavatoru və iki yük maşınını həyətə saldılar. Aləm qarışdı, bir-birinə… Məni, həyat yoldaşımı, qızlarımı sürüyüb, evdən çıxartdılar. Yatan nəvəmi yataqdan sürüyüb, bayıra atdılar. İçərsində əşyalar ola-ola evi ekskovatorun ağzına verib, uçurtdular. Bu qədər qanunsuzluq olarmı? Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayətə getdim, heç bir cavab vermədilər. Əgər mən qanunsuz ev tikmişəmsə, məhkəməyə verin. Qoy, məhkəmə qərar çıxartsın, məni həbs edin. Ancaq 8 nəfər ailə üzvünü qışın günündə çölün düzündə qoymaq insanlıq deyil, axı… Mən bu evi neçə ilə qəpik-qəpik pul yığıb, tikmişəm”.
Lətif Abbasov qeyd etdi ki, bu torpaq sahəsi ona 1991-ci ildə dəmiryol idarəsi tərəfindən verilib, hər bir sənədi də var.
O, 2001-ci ildən başlayaraq, orada ev tikməyə başlayıb və bir neçə ildir ki, həmin evdə yaşayırdılar: “Bu torpaq sahəsi dəmiryol xəttindən 60 metr aralıda yerləşir. Mən ev tikdiyim müddətdə bu məsələni qeyri-rəsmi şəkildə lazımi orqanların nümayəndələri ilə razılaşdırmışdım”.
L.Abbasovun  sözlərinə görə, evlərin dağıdılmasında iştirak edənlər Sumqayıt Şəhər Arxitektura Komitəsinin, Sumqayıt şəhər İcra İakimiyyətinin və polis idarəsinin işçiləri olublar.
Qeyd edək ki, bu ərazidə son iki gündə 7 ev sökülüb və söküntü işləri hələ də davam edir.
Aşağıda sakinlərin bizə göndərdiyi videogörüntüləri təqdim edirik.

 

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Oğurluğa görə tutulan çempion "Cibgir Rəhilə"nin qızı imiş…

Next Post

Müsavatçılar arasında qarşıdurma pik həddə

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post

Müsavatçılar arasında qarşıdurma pik həddə

Ermənistan klubuna keçən azərbaycanlı oyunçu danışdı

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.