Sumqayıt şəhərində ümumi sahəsi 60 m² olan vaqon tipli yaşayış evinin taxta üzlüyü və ev əşyaları yanıb.
FHN-dən Elchi.az-a daxil olan məlumata görə, yanğın zamanı ev sahibi və qızı müxtəlif xəsarətlər alıb.
Onlar xəstəxanaya yerləşdirilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.




