"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sumqayıtın təhsil sistemi də ağlar günə qalıb…

09 Aprel 2015 - 14:56
in SOSİAL

rusvet

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sumqayıt şəhər Təhsil Şöbəsinə ayrılan vəsaitlərin istifadəsinə dair aparılan audit nəticəsində müəyyən edilib ki, xərc maddələri üzrə proqnoz göstəriciləri hazırlanarkən müvafiq iqtisadi əsaslandırma aparılmayıb

Bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib.

Belə ki, ayrı-ayrı təşkilatların xərc maddələri üzrə real tələbatları nəzərə alınmayıb, zərurət olmadığı halda xərc smetalarında dürüstləşmələr aparılıb, il ərzində bir neçə dəfə dürüstləşmə aparılmasına baxmayaraq, bəzi xərc maddələrinin icra göstəriciləri ilin sonuna aşağı səviyyədə olub. Evdə fərdi təhsilə cəlb olunan uşaqlara dərs deyən müəllimlərin və inklüziv təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən müəllim və müəllim köməkçilərinin, eləcə də evdə fərdi tədris məktəbinin rəhbər və tədris yardımçı heyətinin əmək haqlarına nəzərdə tutulmadığı halda əlavələr edilib, tarif dərəcələrinin düzgün tətbiq edilməməsi və yarımqruplara bölünən siniflərdə şagirdlərin sayının normadan az olması səbəbindən, tam orta məktəbdə bədən tərbiyəsi dərslərinin tədrisi zamanı artıq yaradılan dərs saatlarının ibtidai sinif müəllimi üçün tarifləşdirilməsi və tədris ilində şagirdlərin yerdəyişməsinin nəzərə alınmaması nəticəsində artıq əmək haqqı ödənilib.Hesabatda vurğulanıb ki, Təhsil Nazirliyi tərəfindən əvəzsiz verilən aktivlərin uçota alınması təmin edilməyib, anbarda inventar və avadanlıqlar üzrə çatışmazlıq və artıqlıq, təhsil müəssisələri üzrə isə çatışmazlıq olub, istismara yararsız vəziyyətdə olan avtonəqliyyat vasitəsinə həmin dövrdə yanacaq, bir neçə halda isə təsdiqedici sənəd olmadan dizel yanacağı uçotdan silinib, xərclər smetasında nəzərdə tutulmayan xərclərə vəsait xərc edilib. Nöqsanlara yol verən 2 nəfər barəsində müvafiq intizam tənbehi tədbirləri görülüb, o cümlədən Sumqayıt şəhər Təhsil Şöbəsinin Təsərrüfat bürosunun anbardarına şiddətli töhmət, büronun müdirinə isə xəbərdarlıq elan edilib. Bundan başqa, görülən tədbirlərlə bağlı Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən təqdim olunan məlumatda artıq saxlanılan 10 ştat vahidi və 6 qrupun ixtisar edilməsi qeyd olunub.Hesabatda o da qeyd edilib ki, Sumqayıt şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə ayrılan vəsaitlərin istifadəsinə dair aparılan auditin nəticələrinə əsasən, icra hakimiyyətinin tabeliyində olan məktəbəqədər uşaq müəssisələri üzrə qruplarda uşaqların sıxlığı normadan yüksək olub, auditlə əhatə olunan dövrdə orta uşaq günlərinin icra faizi 80 faizdən az olub, bəzi müəssisələrdə uşaq günlərinin uçotu siyahı sayına deyil, normativ saya görə aparılıb, bir uşaq gününə proqnozlaşdırılan ərzaq xərci məktəbəqədər uşaq müəssisələri üzrə müxtəlif olub, bəzi hallarda məktəbəqədər uşaq müəssisələri nəzərdə tutulan qida məhsulları ilə fasilələrlə və tam təmin edilməyib.İş stajı nəzərə alınmadan işçilər baş tərbiyəçi vəzifəsinə təyin edilib, əmək haqqı üzrə ödəniş dərəcəsinin düzgün müəyyənləşdirilməməsi səbəbindən artıq əmək haqqı ödənilib, artıq ştat saxlanılıb, iki il əvvəl alınan dekor qapıların quraşdırılması audit dövrünün sonuna qədər təmin edilməyib. Bununla da nöqsanlara yol verən 2 nəfər barəsində müvafiq intizam tənbehi tədbirləri görülüb, o cümlədən 1 bağça müdiri tutduğu vəzifədən kənarlaşdırılıb, 1 bağça müdirinə isə töhmət elan edilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezidentı belə ələ saldı – foto

Next Post

Jirinovski: “Ermənilər bizim müttəfiqdir, Qarabağa rus qoşunları yeridilə bilər”

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post

Jirinovski: “Ermənilər bizim müttəfiqdir, Qarabağa rus qoşunları yeridilə bilər”

Ekspertiza 7 ermənini güllələyən əsgər haqda qərarını açıqladı

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.