Böyük Britaniyanın baş naziri Rişi Sunak mühafizəkar partiya siyasətçilərinə qarşı yavaş hərəkət etdiyinə görə tənqidləri rədd edərək, əksinə, olduqca qəti və çox tez qərar verdiyini iddia edib.
Elchi.az xəbər verir ki, Sunak İngiltərənin şimal-şərqindəki bir xəstəxanaya səfəri zamanı qalmaqallara qarışan mühafizəkar partiya üzvlərinə səssiz qaldığı ilə bağlı tənqidlərə cavab verib.
İşdən çıxarılan Mühafizəkar Partiya Təşkilatının sədri Nadhim Zahavi ilə problemlər yarandıqda Sunak dərhal məsələyə toxunaraq, “Mənim etdiyim doğru olan bir prosesi izləmək idi”,-deyə bildirib.
Vergidən yayınma iddialarından sonra Zahavini vəzifəsindən uzaqlaşdırdığını xatırladan Sunak, bu cür vəziyyətlər qarşısında olduqca qətiyyətli hərəkət etdiyini deyib.
Yeganə





