Britaniyanın baş naziri Rişi Sunak Britaniya qoşunlarının təlim üçün ölkəyə göndərilə biləcəyini təklif edən müdafiə nazirinin şərhlərinə baxmayaraq, tezliklə Ukraynaya qoşun göndərmək niyyətində deyil.
Elchi.az bu barədə BBC.com-a istinadən bildirir.
Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps daha əvvəl “Sunday Telegraph”-a verdiyi açıqlamada Ukraynaya hərbi təlimatçılar göndərmək istədiyini bildirib. Lakin Şapps və Sunakın fikirləri bir-birinə zidd görünür, baş nazir deyib ki, Ukraynaya britaniyalı hərbçilərin göndərilməsi ilə bağlı dərhal plan yoxdur.
“Müdafiə naziri bildirib ki, biz gələcəkdə bu hərbi təlimlərin bir hissəsini Ukraynada keçirə bilərik. Ancaq bunlar uzunmüddətli planlardır və indi olması mümkün deyil”, – deyə Sunak bildirib.
Yeganə




