Sunak və Zelenski Kiyevdə təhlükəsizlik sazişi imzalayacaq.
Elchi.az xəbər verir ki, Ukrayna və Böyük Britaniya arasında ikitərəfli təhlükəsizlik sazişi cümə günü, yanvarın 12-də bağlanacaq. Sənədin imzalanması Böyük Britaniyanın baş naziri Rişi Sunakın Kiyevə səfəri zamanı baş tutacaq. Bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.
Açıqlamada bildirilir ki, Sunak və Ukrayna prezidenti Vladimir Zelenski təhlükəsizlik sahəsində əməkdaşlığı əhatə edəcək “tarixi ikitərəfli saziş” imzalayacaqlar.
Qeyd olunur ki, Böyük Britaniya Ukrayna ilə konkret təhlükəsizlik sazişi bağlayan ilk G7 dövləti olacaq. Bəyanatda qeyd edildiyi kimi, bu sənəd iki ölkə arasında “sarsılmaz yüz illik tərəfdaşlığın” inkişafında ilk addım ola bilər.
Razılaşmada müdafiə sənayesi sahəsində əməkdaşlıq, kəşfiyyat məlumatlarının mübadiləsi, həkimlərin və hərbi kadrların hazırlanmasından bəhs edilir. Bundan əlavə, Kiyevə müdafiə sahəsində sürətli və uzunmüddətli yardım göstərilir.
Şayəstə Hüseynova






