2022-2023 mövsümünü Spor Toto Super Liqanın bombardiri kimi tamamlayan Ekvadorlu futbolçu “Enner Valencia” liqanın ən məhsuldar oyunçusu olma uğurunu da göstərib.
Elchi.az Super Liqanın bombardirləri haqqında material təqdim edir:
Enner Valensiya Super Liqada 31 matçda 29 qol vurub. 2253 dəqiqəyə çatan ekvadorlu hücumçu hər 77,6 dəqiqədən bir torları havalandırıb və liqada 10 və daha çox qol vuran futbolçular arasında ən çox qol vuran futbolçu olub.

“Qalatasaray”ın çempionluğunda böyük pay sahibi olan İkardi 24 matçda 1890 dəqiqə meydanda qalaraq 22 qol vurub.
“Beşiktaş”ın hücumçusu Vinsent Aboubakar liqada 16 matçda 1321 dəqiqədə 13 qol vurub, 101,6 dəqiqədə topu tora gətirib.
![]()
Bu mövsüm zədə səbəbindən liqada çox vaxt ala bilməyən “Fənərbaxça”nın futbolçusu Mişi Batşuayi 19 oyunda 1220 dəqiqədə 12 qol vurub. Belçikalı oyunçu da Aboubakar kimi 101,6 dəqiqə hesaba imza atıb.
Bombardir yarışını 2-ci pillədə başa vuran “Fatih Karagümrük”ün hücumçusu Mbaye Diaqne 33 matçda 23 qol vurmağı bacarıb və ümumilikdə 109,2 dəqiqədə orta hesabla bir qola imza atıb.
“Fatih Karagümrük”ün ulduzu Fabio Borini 30 oyunda cəmi 2384 dəqiqə meydanda qalaraq 20 qol vurub. İtaliyalı hücumçu hər 119,2 dəqiqədən bir torları havalandırıb.
Nuranə Məmmədova






