"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Suriya düyünü açılır?

13 Fevral 2016 - 11:41
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Münaqişənin həlli üçün şans yaranıb

ABŞ xarici işlər naziri Con Kerri Almaniyada keçirilən Suriya konfransında çıxışı zamanı Bəşər Əsəd hakimiyyətinin bir həftə ərzində müxalifətlə atəşkəs əldə olunması ilə bağlı razılığa gəldiyini bəyan edib. C.Kerri bildirib ki, atəşkəslə bağlı razılığın ilk işi Suriyada müxalifətə humanitar yardımları artırmaq və bu yardımların onlara çatmasını təmin etməkdir:
“Daha sonra isə ölkədə vətəndaş müharibəsinin bitməsini təmin etməkdir. Biz bu istiqamətdə artıq razılıq əldə etmişik. Kiməsə bu iddialı görünə bilər. Ancaq hər kəs Suriyada sabitliyin bərqərar olmasında maraqlı olmalıdır. Suriyada artıq 5 ildir ki, vətəndaş müharibəsi gedir. İndi isə bu müharibənin dayandırılması üçün fürsət yaranıb. Qarşıdakı bir neçə gün ərzində bu istiqamətdə səmərəli addımlar atılmalıdır”.

Rejim geri addım atmır

Atəşkəsin elan olunmasına baxmayaraq, müxalifət rejim qarşısında geri çəkilmək fikrində deyil. Suriya Azadlıq Ordusunun yetkililəri Bəşər Əsədə olan təklifləri üzərində dayandıqlarını bildiriblər. Tələblərdən ən əsası budur ki, onların Suriya hökumətindən hava zərbələri və blokadaya son qoyulmasına dair tələbləri qüvvədədir. Mümkün atəşkəs məhbusların azadlığa buraxılması, çox zərər çəkmiş rayonlara yardım çatdırılması və İŞİD təhlükəsinin aradan qaldırılması ilə baş tuta bilər. Ali Müzakirələr Komitəsinin sözçüsü Səlim Müslət bildirib ki, onlar qadın və uşaqların həbsdən azad edilməsini, hava hücumlarına son qoyulmasını və çox zərər çəkmiş rayonlara yardım çatdırılmasını istəyirlər. Lakin Əsəd ordusu şərtlərin yerinə yetirilməsi üçün müxaliflərə heç bir imkan yaratmır: “Biz həmişə nikbinik, amma problem ondadır ki, biz Suriyada diktatura ilə üz-üzəyik. Həqiqətən də, əgər o, bu problemləri həll etməyə hazırdırsa, biz Suriyada o qətliamları, o cinayətləri görməməliydik, – deyə S.Müslət qeyd edib.

Kreml: “Hələ tezdir”

Rejim və müxalifət arasında əldə olunmuş atəşkəsə Rusiyanın da münasibəti birmənalı deyil. Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Suriyada atəşkəsin əldə olunmasının hələ tez olduğunu bildirib. Peskov qeyd edib ki, Suriyada atəşkəs rejimi elan olunmazdan əvvəl terrorçu və müxalifət qruplaşmalarının dəqiq suyahısı tərtib edilməlidir: “Atəşkəs barədə çoxdan danışılır, lakin buna qədər bütün siyahılar tərtib olunmalıdır – kimin terrorçu, kimin müxalifətçi olması bilinməlidir”.

Peskovun açıqlamasının pərdəarxası

Peskovun açıqlaması birbaşa Rusiya rəhbərliyinin Suriyaya dair mövqeyidir. Bu, Suriya böhranın niyə həll edilmədiyinin və 5 illik müharibə fonunda niyə müxalitət və rejimin anlaşa bilməməsinin əsas səbəbidir. Rusiyanın Suriyada mövqelərini möhkəmlətmək cəhdləri və ABŞ-ın buna cavab olaraq, Əsəd rejiminə qarşı döyüşən qruplaşmaları dəstəkləməsi müharibəni uzadır. Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto qoymaq hüququna malik olması da proseslərə mənfi təsir edir. 2012-ci ildən bu günədən BMT TŞ-ın Suriyaya dair çıxarılmış bütün məsələlər Moskva tərəfindən bir qayda olaraq ləğv edilib. Rusiya bu baxımdan Suriya probleminin həll olunmasına mane olan yeganə güc mövqeyindədir. Rusiya israrlı formada Qərb və Türkiyənin Suriyada sülh planlarına müqavimət göstərir, bu siyasəti təsirsiz hala gətirir. Rusiyanın Suriyadan geri çəkilmək istəməməsinin və bununla sülhün yaradılmasının baltalamasının strateji mənaları var. Rusiyanın Suriyada (Tərtus) hərbi bazaya sahib olması bu ölkənin Aralıq və Qırmızı dəniz, Süveyş kanalı kimi beynəlxalq dəniz yolları və bölgələr üzərindəki təsirləri baxımdan geniş imkanlar təqdim edir. Əsəd rejimin devrilməsi Rusiyanın bölgədə yeganə for-postunu itirməsi demək olacaq. Kreml Bəşər Əsədi hakimiyyətdə saxlamaqla Yaxın Şərqdəki valığını qoruyur. Digər tərəfdən, Suriyadakı rejim Rusiya silahlarının əsas müştərisidir. Tərəflər arasında 10 milyon dollarlıq silah ticarəti müqaviləsi var. Bu Rusiyanın silah satışında 7%-lik pay deməkdir.

Şimali Qafqaz təhlükədə

Rusiyanı maraqlandıran digər məsələ post-Əsəd dövründə hakimiyyətə hansı gücün gələcəyidir. Əsəddən sonra hakimiyyətə gələcək radikal islamçılar Rusiya üçün böyük təhdid olacaq. Rejimdən sonra hakimiyyətə iddialı olan əsas qüvvələr də radikal İslam təşkilatlarıdır. Bu qruplar vaxtilə Tunis, Liviya, Misirdə hakimiyyətə gəliblər. Suriya milli koalisiyasının formalaşmasında əsas iddiaçılar yenə də “Müsəlman Qardaşları”, “Hizbut ət-Təhrir”, “əl-Qaidə”yə yaxın sələfi qruplar (“əl-Nüsra, İŞİD və s.) və digər dini təşkilatlardır. Suriyada hakimiyyətin dindarların ələ keçməsi vəziyyətində Moskva bunun bumeranq effektiykə Şimali Qafqaza təsir edəcəyini düşünür. Çünki Şimali Qafqaz özünü Suriyada hakimiyyətə gəlməyə iddialı olan sələfi güclərin əmirliyi elan edib.

Avropanın enerji bazarı uğrunda

Rusiyanın Suriya planların arxasında dayanan başqa bir məsələ Bəsrə körfəzindən Avropaya çəkilməsi planlaşdırılan qaz boru xəttidir. Yaxın Şərqin qaz ixracatçısı olan ölkələrinin (BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı və s.) məqsədi Əsədin hakimiyyətdən getməsindən sonra Suriya üzərindən birbaşa Avropanın enerji bazarına çıxmaqdır. Qətər artıq bu məqsədlə Qərb dövlətlərindən iri həcmdə kreditlər alıb. Əgər plan baş tutsa, bu Rusiyanın Avropada oynadığı rolu azaldacaq və zaman içərisində əlindən alacaq. Buna görə, Rusiya Suriyada onun maraqlarını təmin edən hökumətin qurulmasında maraqlıdır. Rusiya digər yandan Suriyada dirəniş göstərməklə əzəli rəqibi ABŞ qarşısında güclü geosiyasi oyunçu olduğunu göstərməyə çalışır. Suriyadakı hərbi əməliyyatlar bu günədək Rusiyanın keçmiş Sovet məkanı xaricində geosiyasi oyunçu kimi ilk oyunudur. Kreml dirəniş göstərməklə ABŞ-la müqayisədə Yaxın Şərqdə güc tarazlığı yaradacağını düşünür. Bu nöqteyi-nəzərdən əzəli rəqiblərin (ABŞ və Rusiya) biri-birlərinə qarşı olan güzəştsizlikləri Suriyada uzunmüddətli atəşkəs rejimini baltalayır.
– See more at: http://cebhe.info/oxu/13064/#sthash.6eRfjPFA.bcg4HAQZ.dpuf

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan nefti bahalaşdı

Next Post

Ailəsi Mixail Şumaxerin müalicəsinə pul tapa bilmir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ailəsi Mixail Şumaxerin müalicəsinə pul tapa bilmir

Patriarx Papaya nə hədiyyə etdi?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.