
Suriyanın Dəməşq və Hələb şəhərlərində 9 böyük müxalif qrup İŞİD-ə qarşı birləşərək müharibə elan edib.
Avropa.info xəbər verir ki, Paytaxt Dəməşqin Qaləmun müxalif qruplar öz adamlarına qarşı hücum etməsi və adamlarını qaçırması səbəbiylə İŞİD-ə müharibə elan edib.
Vahid komandanlıq altında birləşən müxaliflər İŞİD-i Əsəd rejiminə yardım etmək və onların işini asanlaşdırmaqda günahlandırırlar.
Nusrət Cəbhəsi, Əhraruş Şam, Liva ul-Haqq, Ceyşus Sünnə və Əcnəd əş-Şam qruplarının yer aldığı “Ceyşul Fəthi Qaləmun” adlı yeni birləşmənin yaydığı açıqlamada İŞİD-ə qarşı müharibənin qaçılmaz hala gəldiyi bildirilir.
İŞİD üzvlərinin iki ildir Qaləmundaki müxalifləri öldürdüyü və qaçırdığı səbəbiylə müharibə elan olunduğu vurğulanan açıqlamada təşkilat üzvlərinin müxaliflərlə mübarizədə Əsəd rejimi ilə eyni yollara əl atdığı bildirilir.
Suriyanın paytaxtı Dəməşqin şimal-qərbində yerləşən Qaləmun bölgəsi Suriya – İordaniya sərhədində olduğu üçün strateji əhəmiyyətə sahibdir. Dağlıq bir əraziyə sahib bölgədə Livan Hizbullahı da müxaliflərə qarşı döyüşür.




