
Rusiyanın hava zərbələrinə qarşı Səudiyyə Ərəbistanı suriyalı müxalif qruplara silah yardımını artıracağını deyib.
Avropa.info xəbər verir ki, bu haqda BBC-ə yüksək vəzifəli Səudiyyə rəsmisi məlumat verib. Onun sözlərinə görə, müxaliflər müasir silahlar, o cümlədən tank əleyhinə raket qurğuları alacaqlar. Silah ilk növbədə loyal mövqeli “Ceyş əl-Fəth”, “Azad Suriya Ordusu”, “Cənub cəbhəsi” qruplaşmaları alacaq. Radikal mövqeli “Nüsrət cəbhəsi”, İŞİD dəstək almayacaqlar.
Mənbənin bildirdiyinə görə, müxaliflərə həmçinin hava obyektlərini vurmaq üçün “yer-hava” raketləri veriləcək. Səudiyyə Ərəbistanı Rusiyanın İŞİD-i deyil, müxalif qrupları vurduğunu əsas gətirərək, səudiyyə silahının Rusiya aviasiyasına qarşı işlədilə biləcəyini deyib.



