Suriyada davam edən vətəndaş müharibəsində 610 nəfərdən çox səhiyyə işçisi öldürülüb.
Müsavat.com-un məlumatına görə, bunlardan 139 nəfərinin işgəncə və amansızlıqla öldürüldüyü bildirilib. Bu barədə ABŞ mərkəzli İnsan Haqları Müdafiəsi təşkilatı hesabat hazırlayıb. Hesabat BMT-də keçirilən mətbuat konfransında açıqlanıb.
Hesabatda qeyd olunur: “Hökumət qüvvələri 2011-ci ildən etibarən səhiyyə sistemi və işçilərinə qarşı sistemli hücumlar təşkil edir”.
Hesabatda bildirilir ki, səhiyyə işçilərinin işgəncə ilə öldürülməsi hələ də davam edir.



