"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Suriyada atəşkəs dayanıqlı olmayacaq, çünki…

29 Fevral 2016 - 08:23
in XƏBƏR LENTİ
Suriyada atəşkəs dayanıqlı olmayacaq, çünki...Qabil Hüseynli: “İŞİD-in kökü kəsilməyincə bu ölkədə vəziyyət normallaşmayacaq”

Fevralın 27-nə keçən gecədən Suriyada atəşkəs elan olundu. Bir müddət idi ki, hamının diqqəti iki fövqəlgüc arasındakı dialoqda idi – hamı ABŞ-la Rusiya arasındakı danışıqları izləyirdi. Danışıqlar isə atəşkəs razılaşması ilə başa çatdı. 
 
Bəzi təhlilçilər hesab edir ki, regionda açar oyunçulardan sayılan Türkiyə və İrandan gizli aparılan və onların da razılığı olmayan anlaşmalar çətin ki, yetərli effekti versin. Atəşkəsin dayanıqlı və uzunömürlü olması üçün təkcə iki dövlətin – Rusiya və ABŞ-ın razılaşması yetərli deyil.
 
Bu mövzuda fikirlərini “Yeni Müsavat”la bölüşən politoloq Qabil Hüseynli bildirdi ki, Suriyadakı prosesin nizamlanmasında bir neçə dövlət iştirak edir. İran da, Türkiyə də, Səudiyyə Ərəbistanı da Rusiya və ABŞ-la yanaşı prosesdə əslində iştirakçıdırlar: “Martın ilk on günlüyündə danışıqlar başlamalıdır. Bu danışıqlarda Suriyada keçid dövrünün məsələsi müzakirə edilməli, ”Yol xəritəsi” cızılmalıdır. “Yol xəritəsi”ndə yenə də kəskin fikir ayrılıqlarının meydana çıxması ehtimalı böyükdür. Məsələn, atəşkəs barədə razılığa gəlindikdən sonra Barak Obama və Con Kerri bir neçə dəfə bəyan ediblər ki, Suriyanın gələcəyində Bəşər Əsədi görmürlər. Rusiyanın xarici işlər nazirinin müavini səviyyəsində isə bəyan edildi ki, Suriyada qanuni rejim Bəşər Əsəd rejimidir. Eyni zamanda fevralın 27-də Rusiya XİN-in sözçüsü dedi ki, biz Bəşər Əsədi müdafiə etmirik. Bunu ictimai rəyi aldatmaq üçün deyilmiş diplomatik xarakterli ötəri fikir də hesab etmək olar.
Bu səbəbdən martın 6-7-də olacaq Vyana danışıqlarında gündəmdə duran birinci məsələ Suriyada rejim dəyişikliyi və koalision hökumətin qurulması məsələsi olacaq. Bu məsələdə Vaşinqton, Türkiyə, Səudiyyə Ərəbistanı Əsədin iştirakını məqbul hesab etmir. Amma məncə, Rusiya Əsəd məsələsində dirənəcək. İŞİD-in kökü kəsilməyincə Suriyada vəziyyəti normallaşdırmaq mümkün olmayacaq. Suriya məsələsinə yuxarıda adını çəkdiyim ölkələrin baxış bucağında fərqlər olduğu üçün prosesin asan keçəcəyi, atəşkəsin də dayanıqlı olacağı ehtimalı azdır”.
 
Politoloq onu da dedi ki, son üç gündə verilən bəyanatlar da əldə edilmiş atəşkəs sazişinin kövrək bir saziş olduğunu göstərir: “Bu saziş istənilən vaxt pozula bilər. Xüsusən Suriya Azadlıq Ordusu ilə Bəşər Əsəd ordusu, eyni zamanda Rusiyanın oradakı hərbi qüvvələri arasında münasibətlər gərgin olaraq qalır. Problemlərdən biri də odur ki, atəşkəs rejiminə nəzarət etmək çox çətindir. Ölkə başdan-başa dağıdılıb, infrastruktur pozulub, yollar demək olar ki, yox dərəcəsindədir. Bu mənada nə BMT-nin, nə də hər hansı digər beynəlxalq strukturun buradakı atəşkəs rejiminə nəzarət etmək imkanı yoxdur. Sadəcə, Rusiya və ABŞ kosmosdan buradakı prosesləri izləmək imkanlarına malikdirlər. Belə demək mümkündürsə, atəşkəsin uzunömürlü olmasını hamı istəyir, ancaq təkcə istəklə iş başa çatmır, atəşkəs çox kövrək bir zəminə oturdulduğundan istənilən vaxt pozula bilər”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Maşınınızı belə yudurtmaq istəyərdiniz? – VİDEO

Next Post

Azərbaycanın kredit reytinqi ən aşağı səviyyəyə endirildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycanın kredit reytinqi ən aşağı səviyyəyə endirildi

Ermənistana keçmək istəyən Qəbələ sakinlərini nə gözləyir?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.