İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) komandirlərindən podpolkovnik Möhsün Mandeni Suriyada öldürülüb.
“Report”un “Anadolu”ya istinadən verdiyi məlumata görə, İranın ABNA agentliyi hərbçinin suriyalı müxaliflərlə qarşıdurmada öldürüldüyünü yazıb.
M.Mandeni martın 24-də Fars əyalətinə bağlı Sepi rayonunda torpağa veriləcək.
Qeyd edək ki, Suriyada son bir ayda general-mayor Həsən Əli Şəmsabadi və polkovnik Həmzə Kazıminin də aralarında olduğu “Sepah”a məxsus 15 hərbçi öldürülüb.