Rusiya Müdafiə Nazirliyi hərbi helikopterin Suriyanın İdlib şəhərində müxalifət qüvvələri tərəfindən vurulduğunu təsdiq edib.
“Milliyet” qəzeti xəbər verir ki, hərbi helikopterdə 5 hərbçi olub.
Hərbi helikopterdəki ekipaj üzvlərinin hamısı ölüb.
**
Suriyada Rusiyaya məxsus “Mi-8” helikopteri vurulması nəticəsində ölənlərin sayı barədə dəqiq məlumat yoxdur.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
“Xeyir, hələlik xeyir”, – deyə Peskov müvafiq sualı cavablandırarkən bildirib.
Həmin ərazidə hərbi əməliyyatın gücləndirilməsindən danışan Peskov vurğulayıb ki, “bu sual bizim hərbi həmkarlarımıza ünvanlanmalıdır”.
Rusiya Müdafiə nazirliyi artıq faktı təsdiqləyib.
Hadisə baş verən vaxt helikopterin göyərtəsində beş nəfər olub. Onlardan üçü ekipaj üzvü ikisi isə Suriyada Barışıq üzrə Rusiya Mərkəzinin zabitləridir.
“Twitter” sosial şəbəkəsində hadisə yerindən olan fotolar paylaşılıb. Fotolarda yanmış insan cəsədlərinin olması aydın şəkildə görünür.
.jpg)





