"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Suriyadakı muxtariyyət: Türkiyə və İrana verilən mesaj – ŞƏRH

18 Mart 2016 - 13:41
in XƏBƏR LENTİ

Növbədə hansı dövlətdir: İran, yoxsa Türkiyə?!

Növbədə hansı dövlətdir: İran, yoxsa Türkiyə?!

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Belə getsə, yaxın müddətdə terrorçu İŞİD qruplaşmasının Suriyada sakitləşəcəyi inandırcı görünmür. Doğrusu, əməllərinə, əsasən də türkmənlərə münasibətinə görə, bu ölkədə İŞİD-lə terrorçu PKK-nın Suriyadakı qolu olan “PYD”nin elə bir fərqi olmadığı da ortaya çıxıb.

Bir haşiyə çıxaq. Ötən gün ABŞ-ın dövlət katibi Con Kerri İŞİD-in Suriya və İraqda xristianları soyqırıma məruz qoyduğu haqda açıqlama verib. Çox təəssüf ki, amerikalı diplomat İŞİD-in, Suriyadakı rejimin, habelə “PYD”nin zülmündən öz yurdlarından edilən türkmənlərin, ərəblərin adlarını çəkməyib. Heç şübhəsiz, bu ölkədə dinc əhaliyə divan tutan istənilən silahlı qruplaşma, bu qruplaşmaların arxasında duran dövlətlər, istənilən terrorçu dəstə, o cümlədən İŞİD İraq və Suriyadakı soyqırımın müəllifləridir.

Nə isə…

Ötən gün “PYD” qruplaşması Rumeylin şəhərində Suriyanın şimalında rəsmi olaraq regional federativ administrasiyanın yaratdığını elan edib.

Onların bu hərəkətinə ilk etiraz heç şübhəsiz ABŞ-dan gəlib. Vaşinqton kürdlərin qondarma muxtariyyətini tanımadığını bildirib. Dövlət Departamentinin sözçüsü Con Kirbi gündəlik mətbuat toplantısında deyib: “Biz Bəşşar Əsədin rəhbərlik etmədiyi, ölkə əhalisinə xidmət edəcək bir hökumətin olduğu bütöv Suriyanı görmək istəyirik. Hədəfimiz müxtəlif məzhəblərə söykənməyən bütöv bir Suriyadır. Suriyada muxtar, yarı-muxtar bölgələri dəstəkləmirik”.

Rəsmi Dəməşq öz növbəsində kürdlərin mövqeyini pisləyib və qeyd edib ki, federallaşdırma məsələsi ölkənin ərazi bütövlüyünə qarşı qəsddir.

Türkiyə XİN-i isə kürdlərin qərarını qanunsuz adlandırıb. Türkiyə bu muxtariyyəti terrorçu PKK-nın Suriyadakı qolu “PYD”nin elan etdiyini bildirib. Nəzərə almaq lazımdır ki, Türk dövlətinə qarşı olan bu qruplaşmanın yaratdığı muxtariyyət Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Cezire, Ayn-el-Ərəb (kürdlər ona Kobani deyir), Afrin bölgələrindən ibarətdir.

BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi təmsilçisi Staffan de Mistura isə bildirib ki, həm Suriyadakı rejim, həm də müxalifət ölkənin birliyi, ərazi bütövlüyü və federalizm məsələləri ilə bağlı danışmamağı razılaşdırıblar.

İran da bu məsələdə Suriyanın ərazi bütövlüyü mövqeyindən çıxış etdiyini dəfələrlə açıqlayıb. Onun müttəfiqiRusiya isə Suriyada muxtariyyəti dəstəkləyir. Hətta “PYD”nin Moskvada nümyəndəliyi belə açılıb.

İraqın şimalındakı kürd muxtariyyətinin başçısı Məsud Barzani Suriyadakı kürdlərin muxtariyyət məsələsini alqışlasa da deyib ki, onların gələcəyi dumanlıdır: “Çünki nə Suriyadakı hökumət, nə də müxalifət kürdlərin bu haqqını tanımayacaq”.

Suriya Birləşmiş Türkmən Cəmiyyətlərinin başçısı Seyidi Aytəkin də terrorçu PKK-nın qolu “PYD”nin elan etdiyi muxtariyyəti qəbul etməyəcəklərinin vurğulayıb. Ərəb və türkmən tayfaları da oxşar yazılı bəyanatla birlikdə çıxış ediblər.

İsrail rəsmiləri Türkiyə ilə İraqın sərhədində “kürd dövlətinin yaranmasını” dəstəklədiklərini bildrisələr də, Suriya ilə bağlı bu fikiri açıq söyləməyiblər. Ancaq İsrail bölgədə sakitliyin yaranması üçün “kürd dövlətinin” qurulmasının vacibliyini söyləyərək bu etnik qrupu təmsil edən terorçu və siyasi qrupları dəstələdiklərinin gizlətmirlər.

Bölgədə baş verənlərdən azacıq xəbərdar olan hər kəs kürd terrorçuları və siyasilərinin, onları dəstəkləyənlərin Suriya, İraq, İran və Türkiyədə əsl hədəflərini yaxşı bilrilər.

Onların hədəfi bu ölkələrin torpaqları hesabına kürd dövləti yaratmaqdır. ABŞ, Rusiya və Avropa dövlətləri isə bu ideyanı açıq və ya gizli şəkildə müdafiə edirlər. Çünki onlardan ikisində, Suriya və İraqda mərkəzi hakimiyyət demək olar ki, yox vəziyyətindədir. Bu baxımdan kürdləri dəstəkləyənlərin çəkinəcəyi bir hökumət yoxdur. Ona görə də haqq-nahaqq bəhs etdiyimiz ideyanın gerçəkləşməsinə yardım edirlər. Rusiya və ABŞ-ın “PYD”yə silah yardımını yada salmaq kifayətdir.

Burada bir məsələni də xatırlatmaq istərdik. İraqın şimalındakı kürd bölgəsi 1970-ci il martın 11-də Səddam Hüseynlə ölkədəki kürdlərin lideri Mustafa Barzani arasındakı anlaşma əsasında qurulub. Həmin anlaşmaya əsasən, kürd dili ərəb dilindən sonra İraqın ikinci rəsmi dili elan edilmişdi.

1980-88-ci illrədə İran-İraq savaşı zamanı bu bölgə mərkəzi hökumətin nəzarətindən çıxmışdı. Həmin illərdə onlar bir tərəfdən də İraqdakı hakimiyyətə qarşı silahlı müharibə aparırdı. Səddam Hüseyn ölkənin bütövlüyünü qorumaq məqsədi ilə bu qüvvələri yerində oturtmağa cəhd göstərdi. Hətta birinci körfəz savaşı zamanı kürdlərə xarici pasport verilmirdi. Onlar Türkiyə pasportu ilə ölkədən xaricə çıxa bilirdi.

Elə, 1990-cı illərdən sonra İraqın şimalındakı qüvvələrin fəallığı artdı və onlar Türkiyədə də terroru dəstəkləməyə, PKK-ya yardımı gücləndirməyə başladı və s.

Onda belə çıxır ki, həm körfəz müharibəsi, həm də İŞİD-ə qarşı anititerror əməliyyatlarının əsl məqsədi İraq və Suriyanın parçalanması və onun yerində iki məzhəb və bir etnosla bağlı dövlət yaratmaq olub.

Bu yerdə Molla Nəsrəddindən bir lətifə baş verənləri daha doğru-düzgün dəyərləndirməyə imkan verir: “Gecə küçədə hay-küy imiş. Arvadı mollaya deyir ki, çıxıb görsün bu nə səs-küydür. Molla da yorğana bürünüb, küçəyə çıxır. Küçədəkilər mollanın yorğanını alıb qaçırlar. Mola evə üşüyə-üşüyə qayıdır. Arvadı soruşur: “Nə səs-küy idi?”. Molla da cavabında belə deyir: “Heç ay arvad, sən yat, dava yorğan davası idi”.

Suriyada muxtariyyət elan edənlər Türkiyədə də bir sıra bölgələri nəzarətdən çıxarmaqla indiki şəraitdə müxtariyyət əldə etmək, perspektivdə isə İraq və Suriyadakı kürd bölgələri ilə “vahid Kürdüstan” yaratmaq niyyətlərini həyata keçirmək istəyirlər. Maraqlıdır, bu qədər maliyyə vəsaitini, silahı, informasiyanı onlara kim verir? Cavab belədir – 100 il öncə Çanaqqala savaşında məğlub olanlar. Onda həmin güclər yunan, erməni və assorilərdən maşa kimi istifadə edirdilər. İndi maşanın adı dəyişib.

Beləliklə, İraq öz ərazi bütövlüyünü itirməyin bir addımlığındadır. Suriyada proses sürətlənir. Növbədə hansı dövlətdir: İran, yoxsa Türkiyə?! Hazır olun, ağalar və əfəndilər, maşa sizə gəlir…

share-block__img

Sədrəddin İsmayılov

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Tofiq Yaqublu Elçibəyin məzarını ziyarət etdi (FOTO)

Next Post

BAXCP sədri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

BAXCP sədri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

`Erməni lobbisinin bir əsrlik təbliğatının qarşısında durmağa çalışırdıq` - Tale Heydərov

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.