"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Suriyadan başlayan III Dünya müharibəsi: Vanqanın proqnozu, yoxsa siyasi güclərin məkri? – İNANILMAZ VİDEO

08 Oktyabr 2015 - 17:54
in XƏBƏR LENTİ

Suriyadan başlayan III Dünya müharibəsi: Vanqanın proqnozu, yoxsa siyasi güclərin məkri? – İNANILMAZ VİDEO

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 
“Müharibə “ilk bahar”da Şərqdən başlayacaq. III Dünya müharibəsinin başlaması “ABŞ və İsrailin dəstəkləməsi”, Suriyanın tamamilə yıxılması ilə olacaq”.
Rusiyanın Suriyaya qoşun çıxarmasıyla Yaxın Şərqdə bütün siyasi tarazlıq alt-üst oldu. İndiyə qədər ABŞ, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, İran kimi beynəlxalq və regional güclər Suriyada döyüşən Əsəd, İŞİD, Azad Suriya Ordusu, Ən-Nusra cəbhəsi və s. tərəfləri gizli şəkildə dəstəkləyirdisə, hazırda oyunçular bu dəstəyi açıq şəkildə ifadə edir.
Suriyada üz-üzə olanlar: ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Rusiya. Artıq bu siyahıya Çin də əlavə olunur. Məlumatlara görə, Çin J-15 qırıcıları ilə Suriyada Rusiyanın yanında hava əməliyyatlarına qatılacaq.
Çin qırıcıları İraqın Takaddum hava bazası və Suriyanın Tartus şəhərinin sahilindəki “Liaoning” təyyarə gəmisindən qalxaraq Rusiyaya dəstək verəcək.
Bu, faktiki olaraq bütün dünya güclərinin Suriya torpaqlarında qarşı-qarşıya durması deməkdır. Nə baş verir? III Dünya müharibəsi başlayırmı?
Müharibə “ilk bahar”da Şərqdən başlayacaq, bu Suriyanın tamamilə yıxılması ilə olacaq…
Bu proqnozu bolqar əsilli məşhur öncəgörən Vanqa verib. Onun indiyə qədər bir çox öncə görmələrinin özünü doğrultduğu deyilir. Misal üçün, 1943-cü ildə Bolqar çarı Borisin ölümü, Çernobıl Atom Elektrik Stansiyasındakı qəza, 2001-ci ildə Nyu-Yorkda əkiz qüllələrin vurulması, 2011-ci ildə Yaponiyada “Fukisama” AES-də qəza, “ərəb baharı” kimi bir çox məşhur öncəgörmələri artıq reallaşıb.
Hazırda Yaxın Şərqdəki proseslər onun III Dünya müharibəsi haqda proqnozunun da doğrulacağı ehtimallarını artırır.
Vanqa:  “İlk baharda” Şərqdə savaş başlayacaq, kimyəvi silahlar istifadə ediləcək. 3-cü dünya savaşı başlayacaq”.
2011-ci ildə “Ərəb baharı” adı verilən proses Şərqi bürüdü. Bir çox hakimiyyətlər yıxıldı, dövlətlər iqtisadi zərərlər gördü, lokal müharibələrə səbəb oldu. Lakin əsl müharibə üç il öncə Suriyada başladı. İlk olaraq Əsədə qarşı müxalifətin vuruşması ilə başlanan daxili müharibədə beynəlxalq güclərin fikir ayrılığı Əsəd rejiminin hakimiyyətdən getməsinə mane oldu. Daha sonra Suriya “cihad müharibəsi” müstəvisinə keçdi. Və dünya güclərinin üz-üzə dayandığı bugünkü vəziyyətə gəlib çatdı.
Vanqa ilə yanaşı, III Dünya müharibəsinin başlama tarixi haqda fransalı keşiş Mişel Nostradamus da bəhs edib. Onun ayinlərindən bəhs edən kitabda yazılır: “Antixrist üçlüyə heç nə verilməyəcək. Müharibə 7 il çəkəcək. Hər yan qandır, cəsədlər torpağı murdarlayır. Dünya müqəssirləri əzizləyir, mütəfəkkir isə məhv olub gedir”.
Fransız keşişin tədqiqatçıları hesab edirlər ki, məhz bu sözlər III Dünya Müharibəsinə işarədir və bu müharibə 2018-ci ildən 2025-ci ilə qədər dövrü əhatə edəcək.
Bolqar kahin Vanqa daha irəli gedərək dünya müharibəsindən sonra olacaqlara da işarə edib: “Rusiyanın təsir görməməsi maraqlıdır. III Dünya müharibəsindən sonra, 2016-cı ildə Avropa boş və soyuq olacaq, yaşamaq mümkün olmayacaq”.
PS. Bu öncəgörmələrin bir çoxu real həyatda təsdiqini tapsa da, bir çox hallarda siyasi prosesləri kahinlərin proqnozu ilə şərh etmək qeyri-ciddi qəbul olunur. Lakin onların baş verməsi həqiqətini də danmaq çətindir. Digər tərəfdən, müəyyən qrup düşüncə sahibləri dünya güclərinin bir çox siyasi hadisələri məqsədli şəkildə kahinlərin proqnozu ilə eyni dövrdə həyata keçirdiklərini hesab edirlər. Bununla insanlar üzərində mistik təsir imkanları ələ alınır. Amma bu yanaşma da subyektivdir. Suriya məsələsinə gəlincə, burada həm kahinlərin proqnozları, həm də siyasi analiz III Dünya müharibəsinin başlaması ehtimallarını doğruldur…

 

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Elza Seyidcahanın 10000 imzası batdı

Next Post

Xameneinin “danışıqlar qadağandır”ı – oyun davam edir – ŞƏRH

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Xameneinin "danışıqlar qadağandır"ı - oyun davam edir - ŞƏRH

Donuzlar insan üçün orqan donoru olacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.