İsrail Suriyadan öz ərazisinə doğru zenit raketinin buraxıldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, “Suriya ərazisi daxilindən İsrail ərazisinə doğru zenit raketi atılıb. Raketin havada partladığı görünür”,-deyə bəyanatlar daxil edilmişdir.
Açıqlamada hadisənin təfərrüatlarının araşdırıldığı vurğulanıb.
Digər tərəfdən, İsrail ordusu radiosu Suriyadan atıldığı və havada partladığı bildirilən zenit raketinin hissələrinin İsrailin cənubundakı “Rahat” şəhərinə düşdüyünü və itki olmadığını bildirib.
Suriyadakı “SANA” xəbər agentliyi hərbi mənbələrə əsaslanaraq, “Homs” şəhəri ətrafındakı bəzi məntəqələrin İsrail hava hücumları ilə hədəf alındığını iddia edib.
Nuranə Məmmədova





