
Suriyalı nazir son iki ildə 10 min silahlı şəxsin təslim olduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “SAHA” agentliyində yer alıb.
Agentliyin xəbərinə görə, suriyalı nazir Əli Heydər son iki ildə təslim olan silahlı insanların 10 min nəfər olduğunu bildirib. Nazir onu da qeyd edib ki, onlardan 6 min nəfəri son 6 ayda təslim olub.
“Müstəqil ordu digər terrorçu qruplardan fərqli deyil” – deyən Ə.Heydər Rusiyanı nəzərdə tutaraq, Suriyanın müttəfiqlərinin dəstəyi ordunun irəliləməsinə kömək olacağını vurğulayıb.



